Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
26.12.2016

“Система деепричастных форм глагола в тюркских языках”

“Система деепричастных форм глагола в тюркских языках” (“Türk dillərində feilin feili bağlama formaları sistemi (müqayisəli-tarixi aspektdə)”) adlı kitab işıq üzü görüb.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın “Система деепричастных форм глагола в тюркских языках” (“Türk dillərində feilin feili bağlama formaları sistemi (müqayisəli-tarixi aspektdə)”) adlı növbəti kitabı işıq üzü görüb.
Monoqrafiya müasir türk dillərində və onların dialektlərində feili bağlama for-maları sisteminin müqayisəli-tarixi təhlilinə həsr olunmuşdur.
Monoqrafiyada feilin feili bağlama formalarının əsas anlayışları, terminləri göstərilir. Türk dillərində feili bağlamaların dəyişilməzliyi barədə məsələlər və onların təsnifat prinsipləri təhlil edilir. Müəllif həmçinin feili bağlama formalarının şəxs, mənsubiyyət şəkilçilərini qəbul etməsi probleminə toxunur.
Bundan əlavə, müəllif monoqrafiyada müasir türk dillərində və onların dialektlərində feili bağlama formalarının leksik-semantik mahiyyətinin, birincili və ikincili morfoloji əlamətlərinin təhlilinə etmişdir. Hər bir feili bağlama formasının mükəmməl təhlili onların həm oxşar, həm də diferensial morfoloji-semantik əla-mətlərinin aşkar edilməsinə imkan vermişdir.
Monoqrafiyada müasir türk dillərində hər bir feili bağlama formasının tarixi inkişaf gedişi izlənilir. Burada bu və ya başqa formanın yayılma dərəcəsi konkret misallarla müəyyənləşdirilir. Eyni zamanda, feili bağlamaların ismin müxtəlif halları ilə idarə olunması xüsusiyyətlərinin əhatəli təhlili aparılır və feili bağlama şəkilçilərinin etimologiyası ətraflı araşdırılmışdır.
Müəllif monoqrafiyada müasir türk dillərində və onların dialektlərində feili bağlama formalarının bəzi spesifik şəkilçilərini müqayisəli-tarixi aspektdə tədqiq etmiş və onların başqa formalarla genetik qohumluğunu izləmişdir.
Monoqrafiya, filoloqlar və şərqşünas-türkoloqlar üçün tövsiyə olunur. Kitab dərs vəsaiti kimi də istifadə oluna bilər.
Kitabın redaktoru AMEA-nın həqiqi üzvü Tofiq Hacıyev, rəyçilər fil.ü.e.d., prof. Məsud Mahmudov, fil.ü.e.d., prof. Vilayət Əliyevdir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.