Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
23.12.2016

Nəsimi adına Dilçilik İnstitutunun illik hesabatı
Elmi Şura


Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. Elmi Şurada AMEA Rəyasət Heyəti Humanitar Bölməsinin nümayəndəsi AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov iştirak edib.

İclası giriş sözü ilə açan Nəsimi adına Dilçilik İnstitutun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu toplantının 2016-cı ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabata həsr olunduğunu diqqətə çatdırıb. M.Nağısoylu 2016-cı ilin institut üçün uğurlu hadisələr və faydalı işlərlə yadda qaldığını qeyd edib.

Sonra Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli institutun illik hesabatını təqdim edərək cari ildə bu elmi müəssisədə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" 2012-ci il 23 may və 2013-cü il 9 aprel tarixli sərəncamların yerinə yetirilməsi vəziyyətini diqqətə çatdırıb, bu istiqamətdə həyata keçirilmiş layihələr barədə geniş məlumat verib.

 

B.Məhərrəmli qeyd edib ki, hesabat ilində institutun 12 şöbəsində 1 istiqamət, 13 problem, 18 mövzu üzrə 106 iş aparılmışdır. O, həmçinin Dilçilik İnstitutunun müxtəlif şöbələrində həyata keçirilmiş elmi-təşkilati və elmi-tədqiqat işləri haqqında məlumat verib. 2016-cı il ərzində institutda "Türkologiya" jurnalının 3, Tədqiqlər jurnalının 3, "Terminologiya" jurnalının 2, "Dilçilik İnstitutunun Əsərləri" jurnalının 1 sayının nəşr olunduğunu deyib.

2016-cı ildə tətbiq olunmuş ən mühüm elmi nəticələr

1.“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” mövzusunda Beynəlxalq konfrans
(2016-cı il, 8-9 sentyabr)
2. “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda Beynəlxalq konfrans - 14-15 noyabr, 2016-cı il
3. Müasir dilçiliyin aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfrans
(24-25 noyabr 2016-cı il)

B.Məhərrəmli bildirib ki, 27 aprel 2016-cı ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunda Litva Dövlət Pedaqoji Universitetinin professoru Vidas Kavahauskas ilə görüş keçirilib.

Dövlət Proqramındakı (2013-2014) (6.1.5.) bəndində Dilçilik İnstitutunda “Qaynar xətt”in yaradılması nəzərdə tutulmuşdur. 15 fevral 2016-cı ildə “Qaynar xətt” tam istifadəyə verilmişdir. “Qaynar xətt”ə bu müddətdə 170-ə qədər zəng daxil olmuş, qeydiyyata alınmış və cavablandırılmışdır. "Qaynar xətt”in fəaliyyəti 2 mərhələdə təşkil olunub. Birinci mərhələdə əsas məqsəd Dövlət Proqramınında nəzərdə tutulduğu kimi əhalini, ictimaiyyəti dil nöqsanlarının aradan qaldırılmasına cəlb etməkdir. İnsanlar küçədə, televiziyada, reklamlarda, afişalarda gördükləri dil xətaları ilə bağlı "Qaynar xətt”ə məlumat verə biləcəklər. İkinci mərhələdə isə daha çox vətəndaşlardan və jurnalistlərdən daxil olan sorğuları cavablandıracaq. Dilçilik İnstitutunun "Qaynar xətt”i 24 saat , fasiləsiz fəaliyyət göstərir.

2016-cı il martın 9-da AMEA-nın Əsas binasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq “Reklamlarda dil və üslub problemləri” mövzusunda elmi-praktiki konfrans keçirib.

2016-cı il, 1 aprel tarixində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu “Azərbaycan dilinin zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq “Orta məktəb dərsliklərinin dili: norma və üslub problemləri” mövzusunda konfrans keçirib.
2016-cı il 6 may tarixində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş konfrans keçirilib.

2016-cı il, 18 may tarixində AMEA-nın Əsas binasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə görkəmli türkoloq, Türk Dil və Tarix Qurumunun fəxri üzvü, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib.

1.“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” mövzusunda Beynəlxalq konfrans

2016-cı il sentyabrın 8-9-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” mövzusunda Beynəlxalq konfransı keçirilmişdir.

Tədbir AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

2 .“Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda Beynəlxalq konfrans - 14-15 noyabr, 2016-cı il

2016-cı il, noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.

Konfrans Azərbaycan Milli Elmlər Akademiyasının, Təhsil, Mədəniyyət və Turizm Nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilib.

Müasir dilçiliyin aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfrans
Noyabrın 24-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu ilə birgə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş “Müasir dilçiliyin aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib. Konfransda dünyanın bir çox ölkələrindən, respublikamızın Elmi-Tədqiqat İnstitutlarından və ali məktəblərindən dəvət olunmuş dilçi-alimlər iştirak ediblər.

23 noyabr 2016-cı ildə Nəsimi adına Dilçilik İnstitutunda Rusiya Elmlər Akademiyası Dilçilik Araşdirmaları İnstitutunun direktoru, akademik Nikolay Nikolayeviç Kazanski ilə görüş keçirilib. Həmin görüşlərdə beynəlxalq əlaqələrin qurulması haqqında müzakirələr aparılmışdır.

2016-cı il noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə Türkiyənin Atatürk Universitetinin nəzdində fəaliyyət göstərən Türkiyə Araşdırmaları İnstitutunun müdiri, professor Cengiz Alyılmazın “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” kitab-albomunun təqdimatı keçirilib.

Tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu nəşr haqqında məlumat verib.

9 dekabr 2016-cı ildə Türkiyənin Hacettepe Universitetində 1926 Bakı Birinci Türkoloji Qurultayının 90 illiyi münasibəti ilə “Türkolgiyanın bu günü və gələcəyi” mövzusunda Beynəlxalq Konfrans keçirilib.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu konfransda “ I Türkoloji Qurultay - türk dünyasının birliyinin simvolu” mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra Baba Məhərrəmli çıxışında ayrı-ayrı şöbələrin istiqamətləri və elmi-tədqiqat işlərinin vəziyyəti haqqında məlumatı da diqqətə çatdırıb.

Terminologiya şöbəsində elmi problemin adı “Elmi-texniki tərəqqi və terminologiyanın linqvistik problemləri”, mövzunun adı: “Müstəqillik illərində Azərbaycan dilinə daxil olan alınma terminlərinin izahlı lüğəti; Azərbaycan dilində terminologiyanın zənginləşmə yolları” adlanır. Elmi-tədqiqat işi ilə bağlı şöbədə 2 istiqamətdə iş aparılmışdır: Bu mövzulara ümumilikdə 10 iş həsr edilmişdir.

Müasir Azərbaycan dili şöbəsində plan işləri 2 istiqamətdə aparılır: 1-ci istiqamət “Azərbaycan dilinin semasiologiyası məsələləri”dir. Burada əməkdaşlar dil və nitq vahidlərinin semantikasını, funksional xüsusiyyətlərini öyrənirlər: 2-ci istiqamətdə “Köməkçi adların tərkib və strukturu, semantikası” araşdırılır. Şöbədə 1 problem, 2 mövzu, 17 iş işlənilir.

2016-cı il üçün Azərbaycan dilinin tarixi şöbəsində “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramının 3.1.7. (dil (ədəbi dil) və mədəniyyət tarixinin daha əsaslı tədqiqini təmin etmək üçün qədim dillərin tarixinin öyrənilməsi) bəndinə uyğun olaraq (Müasir Azərbaycan dilinin sistem – struktur xüsusiyyətlərinin tədqiqi) istiqamətində 1 problem üzrə 2 mövzu (“Müasir Azərbaycan dilinin semasiologiya məsələləri”, “XIX-XX əsr Azərbaycan onomastikası”) nəzərdə tutulmuşdur. Bu mövzulara ümumilikdə 14 iş həsr edilmişdir.

Türk dilləri şöbəsində “Türk dillərinin lüğətlərinin tərtibi” (2013-2016) planı əsasında 5 lüğət hazırlanmaqdadır. Həmçinin şöbədə “Türk dillərinin semantikası” mövzusunda iş aparılır. Hər iki işin 2016-cı ildə başa çatdırılması nəzərdə tutulur. Şöbədə 1 problem, 2 mövzu, 10 iş yerinə yetirilir. 2016-cı il üçün Türk dilləri şöbəsində “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının “Dilçiliyin və Azərbaycan dilinin inkişaf perspektivləri” istiqamətində Qohum və qohum olmayan dillərin müqayisəli tədqiqi”problemi üzrə 2 mövzu (Türk dillərində semantika məsələləri və Azərbaycan-qazax, özbək, uyğur, qaqauz və tatar dilləri lüğətlərinin tərtibi prinsipləri) nəzərdə tutulmuşdur.

“Qədim dillər və mədəniyyətlər” şöbəsində qədim dillərin öyrənilməsi istiqamətində plan işləri aparılır. Elmi problem “Qohum və qohum olmayan dillərin müqayisəli tədqiqi” adlanır. Dövlət proqramının yerinə yetirilməsi ilə bağlı şöbə əməkdaşlarının elektron informasiya vasitələrində çıxışları təşkil olunmuşdur. Şöbənin illik mövzusu “Qədim dillərə aid biblioqrafiyanın tərtibi” olmuşdur. Şöbədə 1 problem, 2 mövzu, 6 iş işlənilir. Qədim dillər və mədəniyyətlər şöbəsinin əməkdaşları Azərbaycan Respublikası Prezidentinin Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramını rəhbər tutaraq 2016-cı il ərzində aşağıdakı tədqiqat işlərini yerinə yetirmişlər.

Dövlət proqramının yerinə yetirilməsinin nəticəsi olaraq bu il “Qədim dillər və mədəniyyətlər” şöbəsinə 3 nəfər magistr qəbul olmuşdur. Onlardan biri toponimiya tarixi mənbələr əsasında , digər ikisi qədim erməni və qədim ivrit dilləri üzrə təhsil alırlar.

“Hind-Avropa dilləri” şöbəsində 2016-cı il üçün “Dilçiliyin və Azərbaycan dilinin inkişaf perspektivləri” istiqamətində 1 problem (Azərbaycan və Hind-Avropa dillərinin müqayisəli tədqiqi: qrammatika və leksika), 1 mövzu (Azərbaycan dilinin və Hind-Avropa dillərinin leksikası və qrammatikası) və 7 elmi-tədqiqat işi üzrə aparılmaqdadır.

Azərbaycan dilinin tarixi şöbəsində “Dilçiliyin və Azərbaycan dilinin inkişaf perspektivləri” istiqamətində 1 problem üzrə (Azərbaycan dilinin tarixinin, dialekt və şivələrinin (respublikada və respublikadankənar tədqiqi) 1 mövzu (Azərbaycan dilinin tarixi sintaksisi) nəzərdə tutulmuşdur. İkinci mövzu “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramının 6.3.5. (Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi) bəndinə uyğun olaraq işlənir. Mövzu üzrə 12 iş planlaşdırılmışdır. 2016-cü il üçün Azərbaycan dilinin tarixi şöbəsində “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramının 3.1.7. (dil (ədəbi dil) və mədəniyyət tarixinin daha əsaslı tədqiqini təmin etmək üçün qədim dillərin tarixinin öyrənilməsi) bəndinə uyğun olaraq“Dilçiliyin və Azərbaycan dilinin inkişaf perspektivləri” istiqamətində Azərbaycan dilinin tarixinin, dialekt və şivələrinin (respublikada və respublikadankənar) tədqiqi problemi üzrə 1 mövzu (Azərbaycan dilinin tarixi sintaksisi) nəzərdə tutulmuşdur. Bu mövzuya ümumilikdə 12 iş həsr edilib.

Azərbaycan dialektologiyası şöbəsində 1 problem, 1 mövzu və 6 iş yerinə yetirilməktədir. 2016-cı il üçün Azərbaycan dialektologiyası şöbəsində “Dilçiliyin və Azərbaycan dilnin inkişaf perspektivləri” istiqamətində Azərbaycan dilinin tarixinin, dialekt və şivələrinin (respublikada və respublikadankənar) tədqiqi problemi üzrə “Azərbaycan dili dialekt və şivələrinin qrammatik quruluşu. Sintaksis” mövzusu işlənilmişdir.

Sonda çıxış edən millət vəkili N.Cəfərov institutun illik hesabatını qənaətbəxş hesab edib.

İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.