Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
19.12.2016

“Türkologiya” jurnalının əməkdaşı Türkiyədə mükafatlandırılıb

Türkiyənin Antalya şəhərində bu ölkənin Təhsil və Elm Təşkilatları Birliyi (TÜRK EĞİTİM-SEN) tərəfindən böyük türk mütəfəkkiri Xoca Əhməd Yasəvinin ildönümü münasibətilə “Beynəlxalq türk dünyası: təhsil və sosial elmlər” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda “Türkologiya” jurnalının şöbə müdiri Elçin İbrahimov “Türkdilli xalqlar arasında ortaq türkcənin yaradılmasında əlifba fərqliliklərinin təsiri: problemlər, çıxış yolları və nəticələr” mövzusunda məruzə ilə çıxış edib. Mövzusunun aktuallığına görə E.İbrahimov konfransın təşkilat komitəsi tərəfindən “Xoca Əhməd Yasəvi” mükafatına layiq görülüb, diplom və medalla təltif edilib.

Konfransın keçirilməsinin məqsədi türkdilli xalqlar arasında elmi əməkdaşlıq və təhsil sahəsində mövcud problemlərin araşdırılması və aradan qaldırılmasıdır. Bu baxımdan konfransda elmin bütün sahələrini əhatə edən panellər və iclaslar keçirilib. Filologiya bölməsində qədim türk dilləri, dil nəzəriyyəsi, müasir türk dilləri, türkologiya elminin bugünkü problemləri, tərcümə nəzəriyyəsi, terminologiya, klassik türk ədəbiyyatı, folklorşünaslıq, şifahi xalq ədəbiyyatı və digər sahələri əhatə edən məqalə və tezislər qəbul olunub.

Qeyd edək ki, beynəlxalq “Türkologiya” jurnalının təsisçisi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətidir. Rəyasət heyətinin müvafiq qərarından sonra jurnalın yeni tərkibində və beynəlxalq məsləhətçilər sırasında ciddi dəyişikliklər edilib. Bundan sonra “Türkologiya” jurnalı beynəlxalq sahədə əməkdaşlığını genişləndirib və dünya türkologiya aləmi ilə sıx əlaqələr yaradıb.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.