Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
15.12.2016

“Başlanğıcdan iyirminci əsrə -Türk dil tarixi” kitabının müzakirəsi keçirilib

Dekabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Türkologiya” jurnalının növbəti seminarı keçirilib.

BDU-nun rofessoru Elbrus Əzizovun moderatorluğu ilə keçirilən seminarda görkəmli türkiyəli alim, professor Əhməd Bican Ercilasunun “Başlanğıcdan iyirminci əsrə - türk dil tarixi” kitabı müzakirə və təhlil edilib.

Əvvəlcə “Türkologiya” jurnalının məsul katibi Elçin İbrahimov iştirakçılara seminar barədə məlumat verib. Bildirilib ki, seminarın təşkilinin əsas məqsədi görkəmli türkoloqların iştirakı ilə türkologiya elminin nailiyyətlərini və problemlərini müzakirə etmək, gənc türkoloqları bu elmin canlı əfsanələri ilə tanış etmək, türkologiya elminin inkişafına, onun digər elm sahələri ilə əlaqəsinin daha sıx qurulmasına və bu elm sahəsinin şaxələndirilməsinə kömək göstərməkdir.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Möhsün Nağısoylu “Türkologiya” jurnalının tarixi və bugünkü vəziyyəti ilə bağlı məlumat verib. Qeyd edilib ki, jurnal AMEA rəyasət heyətinin müvafiq qərarından sonra tərkibini daha da genişləndirib, onun beynəlxalq məsləhətçiləri sırasına dünyanın müxtəlif ölkələrindən, dilçi, ədəbiyyatşünas, tarixçi, folklorşünaslıq və digər sahələrdən mütəxəssislər daxil edilib.

M.Nağısoylu bildirib ki, jurnalın yüksək səviyyəli seminarlar keçirməsi təbii ki, yüksək təşkilati düşüncəyə sahib olan jurnalın baş redaktoru akademik Kamal Abdulla kimi elm adamına xas ola bilər. Çünki akademik Kamal Abdulla jurnala baş redaktor təyin olunandan sonra onun rubrikalarında və burada çap edilən məqalələrdə ciddi dəyişikliklər olub. Bu gün artıq üç nömrəsi çapdan çıxan jurnalda bütün bunları açıq-aydın görə bilirik. Bugünkü seminarın mövzusu da çox aktual problemə və türkologiyada yeni səhifələr açan çox dəyərli bir əsərin müzakirəsinə həsr olunub. Bu seminar da türkologiya elminin inkişafına öz töhfəsini verəcək.

Seminarda “Başlanğıcdan iyirminci əsrə - türk dil tarixi” kitabı barədə professor Elbrus Əzizovun məruzəsi dinlənilib. Alim kitabın “Türk dillərinin dünya dilləri arasındakı yeri”, “Altay dilləri nəzəriyyəsi”, “Böyük dil ailələri nəzəriyyəsi”, “Nostratik nəzəriyyəsi”, “Avrasyatik nəzəriyyəsi” bölmələri barədə danışıb, bu gün də türkologiya elmi üçün maraqlı olan bir çox məqamlara aydınlıq gətirib.

E.Əzizov dünya dillərinin təsnifatından, türkləri ən qədim ana yurdları və ən qədim qonşuları, Şümer-türk əlaqələrindən, türklərin əvvəlki qədim ənənələrindən, saklarla türklərin tarixi əlaqələrindən, “Alp-Ər Tonqa” dastanından, Asiya hunları, “Oğuz Kağan dastanı”, Asiya hunları və türk dil əlaqələri, Türküstanda, Əfqanıstanda və Hindistanda yaşayan türklər, Avropa hunları və türk dil əlaqələri, göytürklər, göytürklər və türk dili, Orxon-Yenisey daş kitabələri, Uyğur əlifbası, qaraxanilər, qaraxanilər və türk dili əlaqələri və digər mövzular barədə ətraflı məlumat verib.
Sonda iştirakçıların sualları cavablandırılıb.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.