Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
14.12.2016

Maşın tərcüməsinin nəzəri əsasları

Monoqrafiya maşın tərcüməsinin nəzəri məsələlərinə həsr olunmuşdur. Eyni zamanda süni intellektin mühüm problemlərindən biri olan təbii dillərin kompüterdə tanınması, kompüter vasitəsi ilə dillərin öyrənilməsi məsələlərinə toxunulmuşdur.

ÖN SÖZ

Əziz oxucular!
Sizə təqdim edilən əsəri yazmaqda məqsəd kompüter dilçiliyinin əsas istiqamətləri haqqında yığcam, sadə şəkildə məlumat vermək, necə deyərlər onun əlifbası ilə tanış etməkdir. Kompüter dilçiliyinin Azərbaycanda 60-cı illərdən başlamasına baxmayaraq, çox təəssüf ki, bu sahə üzrə hələ də mütəxəssis cüzi saydadır. Buna başlıca səbəb isə kompüter dilçiliyinin qarşısına qoyduğu məsələlərin həlli üçün filoloji biliklərdən əlavə, riyazi biliklərə malik mütəxəssislərin yoxluğudur. Məhz iki sahənin (humanitar və texniki) qovuşuğundan yaranmış kompüter dilçiliyi üzrə tədqiqat işinin aparılması üçün yüksək hazırlıqlı, riyazi məntiqi, çoxluqlar nəzəriyyəsini, alqoritmləri, proq-ramlaşdırmanı, bir sözlə informasiya texnologiyalarını bilən mütəxəssislərin olması ən vacib amillərdəndir. Bu cür səviyyəli mütəxəssislərin yetişdirilməsi ilk növbədə ali məktəblərin öhdəsinə düşür. Acınacaqlı haldır ki, bu vaxta qədər zəngin ali məktəbləri olan respublikamızda hələ də uyğun kafedralar açılmamış, dərs vəsaitləri yazılmamışdır. Hal-hazırda bütün ağırlıq elmin vurğunu olan, yeniliyə, axtarışlara meyl edən gənclərin çiyinlərinə düşür.
Unutmamalıyıq ki, elmlə məşğul olan tədqiqatçı əsas keyfiyyətləri: ilk növbədə elmə məhəbbət, fədakarlıq, səbir, cəsarət, dözümlülük, qarşıya çıxan çətinliklərdən, maneələrdən qorx-mamaq, ruhdan düşməmək inamını özündə aşılamalıdır.
Ümidvarıq ki, kifayət qədər sadə və konkret şəkildə yazılmış bu əsər, kompüter dilçiliyi üzrə tədqiqat aparmaq istəyənlərin arzusunun yerinə yetirilməsində rol oynayacaqdır.

Elm fədailərinə uğurlar diləyi ilə,
Müəlliflərdən

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.