Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
12.12.2016

“Türkolgiyanın bu günü və gələcəyi”

9 dekabr 2016-cı ildə Türkiyənin Hacettepe Universitetində 1926 Bakı Birinci Türkoloji Qurultayın 90 illiyi münasibətilə “Türkolgiyanın bu günü və gələcəyi” mövzusunda Beynəlxalq Konfrans keçirilib.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu konfransda “ I Türkoloji Qurultay - türk dünyasının birliyinin simvolu” mövzusunda məruzə ilə çıxış edib.

Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamının əhəmiyyətini xüsusilə vurğulayan M.Nagısoylu çıxışında qurultayın tarixi, məqsəd və vəzifələri, müzakirə edilən məsələlər və çağırışlar haqqında ətraflı bəhs edib. Bildirib ki, noyabrın 14-15-də Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 90 illiyinə dair “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda Beynəlxalq Konfrans türk dünyasının inkişafında baş vermiş böyük mədəniyyət hadisəsidir. M.Nağısoylu bu möhtəşəm tədbiri türk dünyasının mədəni birliyinin və mənəvi bağlılığını təsdiq edən böyük elmi forum kimi dəyərləndirib.

Konfransda doktor Nadejda Özakdağ “1926 Bakı Türkoloji Qurultayı və Qaqauz Türkcəsində Əlifba və Orfoqrafiya problemləri”, professor Emine Yılmaz “1926 Bakı Türkoloji Qurultayından 90 il sonra Altayistika nəzəriyyəsi” mövzusunda Fuad Köprülü bölməsində çıxış ediblər.

Səməd Ağamalıoğlu bölməsində isə Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü M.Nağısoylu, Hacettepe Universiteti Ədəbiyyat fakültəsinin dekanı Şükrü Halük Akalın və professor Osman Sərtkayanın məruzələri maraqla dinlənilib.

Osman Sərtkaya Əhməd Cavadın “Çırpınırdı Qara dəniz” şeirinin orijinal variantının necə yazıldığını açıqlayıb.

İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.