Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
7.12.2016

Elmi Şura

Dekabrin 7-də Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu illik hesabatla bağlı 2016-cı ilin ən mühüm tədbirlərini vurğulayıb. Bildirib ki, bu il ərzində Dilçilik İnstitutu üç mühüm Beynəlxalq Konfrans keçirdib:

1. 8-9 sentyabrda “Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans

2. Noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar”.

3.Noyabrın 24-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu ilə birgə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş “Müasir dilçiliyin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans.
Sonra Elmi Şuranının katibi dosent Aynel Məşədiyeva şura üzvlərini iclasın gündəliyilə tanış edib.

2016-cı il ETİ-nin yerinə yetirilməsinin illik vəziyyəti barədə şöbələrin hesabatı dinlənilib. Şöbə müdirləri şöbələrin fəaliyyəti, elmi işlərin yerinə yetirilməsilə bağlı məruzələrlə çıxış ediblər. Şura üzvləri elmi fəaliyyətin bir illik yekunlarını qənaətbəxş qiymətləndiriblər.

Sonra Elmi Şura institutun 2016-cı il üçün elmi-tədqiqat işlərinin yoxlanılması ilə əlaqədar komissiyanın yaradılması barədə qərar qəbul edib.

1. M.Z.Nağısoylu- AMEA-nın müxbir üzvü
2.B.Məhərrəmli – elmi işlər üzrə direktor müavini
3. A.Məşədiyeva- İnstitutun elmi katibi
4. İ.Tahirov- baş elmi işçi
5. S.Əliyeva- aparıcı elmi işçi- Həmkarlar Təşkilatının sədri
6. Q.Məşədiyev- baş elmi işçi
7. M.Mahmudov- baş elmi işçi

Doktorantura və dissertanturaya qəbul imtahanları komissiyalarının təsdiqi barədə də Elmi Şura qərar qəbul edib . Aşağıdakı istiqamətlər üzrə komissiya tərkibi müəyyənləşdirilib.

Azərbaycan dili

1. AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu
2.Dosent Baba Məhərrəmli
3.Dosent Aynel Məşədiyeva
4.Prof. Sevil Mehdiyeva
5.Prof. Qara Məşədiyev
6.Prof. İ.Məmmədli
7.Prof. İ.Kazımov
8.Prof. S.Sadıqova

Dil nəzəriyyəsi

1. AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu
2.dosent Baba Məhərrəmli
3.dosent Aynel Məşədiyeva
4. fil.ü.e.d. İ.Abbasov
5.prof. M.Əsgərov

Türk dilləri

1. AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu
2.dos.Baba Məhərrəmli
3.dos.Aynel Məşədiyeva
4.dos. A.Hacıyeva
5.dos. Z.Əliyeva

German dilləri

1. AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu
2.dos.Baba Məhərrəmli
3.dos.Aynel Məşədiyeva
4.prof. O.Musayev
5.fil.ü.f.d. İ.Tahirov
6. fil.ü.f.d. L.Qurbanova
7.prof. S. Abdullayev

Roman dilləri

1. AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu
2.dos.Baba Məhərrəmli
3.dos.Aynel Məşədiyeva
4.dos. G.Axundova
5.prof. S.Abdullayev

Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik

1. AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu
2.dos.Baba Məhərrəmli
3.dos.Aynel Məşədiyeva
4.fil.ü.f.d. İ.Tahirov
5.dos.A.Allahverdiyeva

Tətbiqi dilçilik

1. AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu
2.dos.Baba Məhərrəmli
3.dos.Aynel Məşədiyeva
4.prof. M.Mahmudov
5.fil.ü.e.d.K.Vəliyeva

İnstitutun nəzdində Dissertasiya Şurasının işi haqqında elmi katib fil.e.d. Nəriman Seyidəliyev məruzə edib. N.Seyidəliyev bildirib ki, 2016-cı ildə Dissertasiya Şurasında 1 nəfər elmlər doktoru, 22 nəfər isə fəlsəfə doktoru üzrə namizədlik dissertasiyası müdafiə edib. Bunların içərisində 7 nəfər Dilçilik İnstitutunun doktorant və əməkdaşlarıdır.

Elmi Şuranın iclasında “Türkologiya” jurnalının nəşrinin vəziyyəti barədə jurnalın şöbə müdiri Elçin İbrahimov məlumat verib. Bildirib ki,bu il ərzində jurnalın 4 nömrəsi çapdan çıxıb. Jurnalın 48 Beynəlxalq məsləhətçisi ilə əməkdaşlığı var. Jurnal bütün türkdilli ölkələrə və respublikanın ali təhsil müəssisələrinə, kitabxanalarına göndərilir.
Sonda Elmi Şura cari məsələlərlə öz işini başa vurub.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.