Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
5.12.2016

“Yeni sözlər və yeni mənalar" lüğəti

"Yeni sözlər və yeni mənalar" lüğəti AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsində tərtib olunub. Yaxın günlərdə çap olunmuş lüğətə elm, texnika, kosmetologiya və məişətin müxtəlif sahələrində işlənən yeni söz və terminlər daxil edilib. Lüğətdə yeni sözlərin izahı da verilmişdir.

Cakuzi- hidroması olan vanna
Baxil - gigienik məqsədlə ayaqqabı üzərindən geyilən çexol
Status - sosial şəbəkələrdə müəyyən hadisəyə münasibəti əks etdirən sözlər
Çizburqer- bulka arası ketçup, soğan və duzlu xiyarla doldurulmuş yemək növü

Lüğətə 2000-ə yaxın yeni söz salınmışdır: akvamədəniyyət, aqroturizm, alginat, alt-standart, anti-eyc, arqan, audiomultirum, avtokosmetika, baxil, bariatrik, batn, bəc, biogel, biolaminasiya, biometriya, biorevitalizasiya, bitboks, info-tur, taks-free, merçendayzinq, merçendayzer-ekspeditor, kibo, kaytbordinq, kartest, emoji, holovizion, mikrodermabraziya və s. Artıq dilimizdə mövcud olan, lakin müasir dövrdə yeni mənalar qazanmış sözlər isə lüğətdə söz birləşmələri daxilində verilmişdir. Məsələn, üzən – üzən məzənnə – stabil olmayan məzənnə, üzən faizli istiqraz – kupon dərəcəsi sabit olmayan, dəyişkən olan istiqraz. üzən ehtiyat – tranzit mal.

Lüğətin əsas xüsusiyyətlərindən biri dilimizə daxil olmuş bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı ilə verilməsidir. Məsələn, interfeys – üzgörüntü, внедорожник – yolsuzluq avtomobili, домофон – girişfon və s.

Tətbiqi diliçilik şöbəsinin hazırladığı “Yeni sözlər və yeni mənalar” lüğəti öz əhatəliliyi və leksikoqrafiyanın bütün tələblərinə cavab verməsi kimi məziyyətlərinə görə ilk növbədə bir elmi əsərdir. Burada hər bir sözə elmi münasibət bildirilmiş, qrammatik, mənşə, üslub və məna xüsusiyyətləri araşdırılaraq tərtib olunmuşdur. Lüğətin baş redaktoru Tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədlidir. Lüğətdən KİV əməkdaşları və geniş oxucu kütləsi istifadə edə bilər.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.