Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
26.11.2016

Türkdilli xalqların ən qədim yazı və qayaüstü rəsm mədəniyyətləri Qobustandan başlanır

   Noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə Türkiyənin Atatürk Universitetinin nəzdində fəaliyyət göstərən Türkiyə Araşdırmaları İnstitutunun müdiri, professor Cengiz Alyılmazın “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” elmi kitab-albomunun təqdimatı keçirilib.

   Tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Möhsün Nağısoylu nəşr haqqında məlumat verib. Bildirilib ki, C.Alyılmaz böyük axtarışları sayəsində türk dünyasının ən qədim mədəniyyət nümunələri barədə hazırladığı kitabda Qobustan qayaüstü yazıları ilə bağlı geniş məlumat verir. Müəllif “Ömür kitabı” adlandırdığı bu əsərdə təkzibolunmaz faktlarla əsaslandırır ki, türkdilli xalqların ən qədim yazı və qayaüstü rəsm mədəniyyəti Azərbaycandan - Qobustandan başlanır. Alim “Qobustan” adının yaranması və mənası barədə dəyərli tədqiqatlar aparıb.

   Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral kitabı tarixi köklərimizin araşdırılması istiqamətində atılan mühüm addım kimi dəyərləndirib. Bildirib ki, Qobustan qədim türk tarixinin bir hissəsidir və bu tarixin daha da dərindən öyrənilməsi istiqamətində əlimizdən gələni etməliyik. Səfir keçmişimizin öyrənilməsi istiqamətində hərtərəfli dəstəyin vacibliyini vurğulayıb.

   Sonra müəllifin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

   Təqdimatın keçirilməsində əməyi keçən hər kəsə minnətdarlığını ifadə edən C.Alyılmaz kitab haqqında məlumat verib. Bildirilib ki, 704 səhifəlik kitabda, həmçinin türk xalqlarına aid abidələri əks etdirən nadir fotolar yerləşdirilib. Türk dilinə, qədim tarixinə və mədəniyyətinə dair son dərəcə orijinal faktların toplandığı bu əsər tədqiqatçılar üçün dəyərli vəsaitdir. Qobustandakı hər simvolun, hər rəsmin keçmişdən bir xəbər olduğunu qeyd edən professor, bu qədim məkanın öyrənilməsi istiqamətində aparılan bütün tədqiqat işləri ilə dərindən tanışlığını, aparılan araşdırmaların sonunda İpək yolunun mərkəzi sayılan Qobustanda müxtəlif xalq və millətlərin izlərinin aşkar edildiyini söyləyib.

   Nəşrin redaktoru, Bitlis Eren Universitetinin rektoru, professor Mahmut Doğru sözügedən işin mahiyyətindən danışıb, kitabın əhəmiyyətini vurğulayıb. Professor kitabı türkdilli xalqların tarixinin araşdırılması istiqamətində atılan mühüm addım kimi dəyərləndirib. 25 il ərzində aparılan tədqiqatların nəticəsi olan kitabın ilk təqdimatının məhz Azərbaycanda, Bakıda keçirildiyini yüksək qiymətləndirib. M.Doğru nəşrin bir sıra xarici dillərə tərcümə olunmasının vacibliyini bildirib.

   Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Azərbaycan üçün yazılmış bu kitabı Qobustanın ensiklopediyasının təməli, ilkin versiyası kimi dəyərləndirib. O, kitab-albomda yer alan fotoların əsasında sərgi təşkil olunmasını təklif edib. Qobustanın tarixin müəyyən bir hissəsinin əyani sübutu olduğunu deyən O.Səmədov, bu nəşrin hər yaş kateqoriyası üçün xüsusi çap olunmasını irəli sürüb.

  İcraçı direktor qonaqların səfərin ilk günündə Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevlə görüşdüklərini, müəllifin kitab haqqında Dövlət müşavirinə geniş məlumat verdiyini bildirib. Qeyd olunub ki, K.Abdullayev nəşri dəyərli tarixi qaynaq kimi qiymətləndirib, müəllifə minnətdarlığını ifadə edib.

  Digər çıxış edənlər kitabın əhəmiyyətini vurğulayıb, müəllifə öz təşəkkürlərini bildiriblər.

  Kitab ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

  Sonra Bilik Fondu adından nəşrin müəllifi və redaktoru mükafatlandırılıb.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.