Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
23.11.2016

Elmi Şuranın növbəti iclası keçirilib

23 noyabr 2016-cı ildə Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. Elmi Şuranı giriş sözü ilə açan AMEA-nın müxbir üzvü professor Möhsün Nağısoylu öncə Tətbiqi dilçilik şöbəsinin müdiri professor İsmayıl Məmmədlini 70 illik yubileyi münasibətilə təbrik edib. M.Nağısoylu İsmayıl Məmmədlinin elmi yaradıcılığını yüksək qiymətləndirərək professora xoş diləklərini bildirib.

Sonra Elmi Şuranın katibi dosent Aynel Məşədiyeva şura üzvlərini iclasının gündəliyilə tanış edib.

Elmi Şuranın bugünkü iclasında Türkiyənin Hacettepe Universitetinin professoru, Ədəbiyyat bölümünün sədri Şükrü Haluk Akalının iştirakı müsbət məqamlardan biri idi. M.Nağısoylu qonağı institutda görməkdən məmnunluğunu bildirib. Sonra çıxış edən professor Ş.H.Akalın Bakıda olmağı ilə bağlı xoş duyğularını bildirib. Vurğulayıb ki, Dilçilik İnstitutu Azərbaycan ilə əlaqə yaratmaq üçün ən əlverişli müəssisələrdən biridir. Ş.H.Akalın çıxışında ortaq lüğətlərin hazırlanması məsələsindən söhbət açıb. Həmçinin o, türk dilinə keçən sözlərdən bəhs edərkən maraqlı faktlara toxunub. Bildirib ki, Türkiyə türkcəsindən erməni dilinə 1500 söz keçmişdir. Erməni dilindən isə türk dilinə 15 söz keçib. Bu sözlər də vulqar sözlərdir. Məsələn “moruq” sözü onların dilində “qocalmış adam” deməkdir. Sonra Şükrü Haluk Akalın gənc alimlərin suallarını cavablandırıb.

Elmi Şuranın iclasında oktyabr ayında Türkiyədə elmi səfərdə olmuş Azərbaycan dili tarixi şöbəsinin baş elmi işçisi professor Sevil Mehdiyeva və böyük elmi işçisi fil.ü.f.d. Türkan Əsgərovanın hesabatları dinlənilib.

İclasda həmçinin Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşlarının Ağdam rayonuna ezam olunması və orada görülmüş işlər haqqında hesabat da dinlənilib. Hesabat haqqında ekspedisiya rəhbəri dosent Kifayət İmamquliyeva məlumat verib. Bildirib ki, Ağdamın 25%-i hissəsi bizdə, 75% -i isə işğal altındadır. Ezamiyyətdə olduğumuz müddətdə həm tarixi, həm də linqvistik məlumatlar əldə edə bilmişik.

Sonra Elmi Şura doktorluq imtahan komissiyalarının tərkibini müəyyənləşdirərək təsdiq edib. İnstitutun IV kurs doktorantları İlahə Mirzəliyeva və Reyhan Qasımovaya doktoranturadan möhlət verilməsi barədə olan müraciət Elmi Şura üzvləri tərəfindən məqbul sayılıb, təsdiq olunub.

Sonra Elmi Şuranın tərkibində dəyişikliklər edilib. Fil.ü.f.d. dosent Aygül Hacıyeva və professor Nadir Məmmədli Elmi Şuranın üzvləri sırasına əlavə edilib.

Sonra gündəlikdə Hind-Avropa dilləri şöbəsinin əməkdaşı Lalə Qurbanovaya doktorluq dissertasiyasını yekunlaşdırmaq üçün 3 aylıq məzuniyyət verilməsi məsələsinə baxılıb.

Müasir Azərbaycan dili şöbəsinə aparıcı elmi işçi vəzifəsinə isə böyük elmi işçi Təhminə Yaqubovanın sənədləri Elmi Şura üzvləri tərəfindən qəbul edilib.Sonda cari məslələr müzakirə olunaraq Elmi Şuranın iclasına yekun vurulub.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.