Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
22.11.2016

Dialektoloji Atlas qrupu Ağdamda

   Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşları Kifayət İmamquliyeva, Məhərrəm Məmmədov, Kübra Quliyeva, Qüdsiyyə Qəmbərova, Güntəkin Binnətova, Səkinə Şərifova, Natəvan Ağayeva 03 noyabr ‒ 14 noyabr 2016-cı il tarixində Ağdam rayonunda dialektoloji ekspedisiyada olmuşlar. Ekspedisiyanın əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı"nın 6.3.5. bəndinin (Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi) həyata keçirilməsi üçün təqdim olunmuş strateji əhəmiyyətli "Azərbaycan dilinin Qarabağ dialektoloji atlası"nın Ağdam rayonuna aid olan hissəsinin hazırlanmasında lazım olan dialektoloji materialın toplanılması idi.

  Dialektoloqlar əvvəl Ağdam rayonunun Quzanlı qəsəbəsində Rayon İcra başçısı Raquf Məmmədovla görüşmüş, onunla birlikdə qəsəbənin bir çox yerlərini gəzmiş, yeni tikililərlə tanış olmuşlar. Heydər Əliyev mərkəzi, Bayraq muzeyi, Çay evi, Quzanlı gəzinti parkı və s. Adı çəkilən məkanlar birbaşa Raquf Məmmədovun təşəbbüsü və nəzarəti ilə inşa edilmişdir. Məhz elə özünün də bu işlərdə böyük əməyi olduğu üçün Raquf müəllim görülən işlər haqqında çox həvəslə və geniş məlumat verdi, Ağdamın tarixi və bu günü haqqında danışdı.

   Regionun ən böyük rayonlarından olan Ağdamın 75%-i 23 iyul 1993-cü ildə erməni işğalçıları tərəfindən zəbt olunmuşdur. Nəticədə rayon əhalisi respublikanın bir çox şəhər və kəndlərində köçkün vəziyyətində yaşamaq məcburiyyətində qalmışdır. Rayonun zəbt olunmamış ərazilərində 18 yeni qəsəbə salınmış, yalnız Ağdam rayonundan deyil, respublikanın digər işğal olunmuş ərazilərindən olan məcburi köçkünlərin də bir qismi bu qəsəbələrdə yerləşdirilmişdir.

   Dialektoloqlar Ağdam rayonunun Xındırıstan, Əhmədağalı, Çəmənli, Üçoğlan, Sarıcalı, Zəngişalı, Mahrızlı, Evoğlu, Qaradağlı, Əfətli, Bənövşələr, Quzanlı, Birinci Quzanlı, Birinci Baharlı, İkinci Baharlı və s. yaşayış məntəqələrində olmuş, ümumilikdə 40-dan artıq kənddən şivə materialı toplamışlar. Tədqiqatçılar rayonun maddi-mədəniyyət abidələri, Ağdam əhalisinin etnoqrafiyası, məişəti, kulinariyası, məşğuliyyəti və s. ilə bağlı zəngin məlumatlar əldə etmişlər. Ağdam rayon rəhbərliyinin yaratdığı mütəşəkkil iş şəraitində əməkdaşların xüsusən yaşlı nəslin nümayəndələrindən topladıqları dialekt faktları gələcək tədqiqatlar üçün çox qiymətli baza rolunu oynaya bilər. Həmçinin rayonun ziyalıları ilə görüşlər zamanı bir çox tarixi materiallar da əldə olunmuşdur. Evlərdə qorunub saxlanılan etnoqrafiyaya, məişətimizə, tariximizə aid bir çox maddi və mənəvi materiallar elmi ictimaiyyət üçün dəyərli faktlardır.
Ağdam rayonu ölkəmizin gərgin müharibə şəraitini yaşayan rayonlarındandır. Dialektoloqlar çəkinmədən bu kəndlərə məxsus dil faktlarını əldə edə bilmişlər.

   Ezamiyyət müddətində toplanılmış materiallar Azərbaycan dilinin Qarabağ dialektoloji atlasının tərtibi üçün çox əhəmiyyətlidir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.