Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
17.11.2016

İsmayıl Məmmədlinin 70 illik yubileyi keçirilib

Bu gün Azərbaycan Yazıçılar Birliyində Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor İsmayıl Məmmədlinin 70 illik yubileyi keçirilib. Mərasimdə alimin ailə üzvləri, dostları, həmkarları iştirak edib. Onlar yubilyarla bağlı təbriklərini çatdırıb və həyat yoluna nəzər salıb.

70 yaşını tamamlayan İsmayıl Məmmədli keçmişə boylanıb: “Adam orta məktəbdən özü üçün bir istiqamət seçir. Atam xalq aşığı olub, həmişə ailədə dilə, sözə, sənətə hörmət görmüşəm. Həyatım boyu ədəbiyyat və dillə maraqlanmışam. Tale elə gətirdi ki, Azərbaycan Dillər Universitetində alman və Azərbaycan dili öyrəndim. 70 ildə nə qədər iş görsəm də, yenə də görəcəyim işlər qalıb. Müdafiə etdiyim dissertasiyalar da sözlə bağlı olub. Mətbuat dili ilə bağlı mövzu müdafiə etmişəm. Ümumilikdə KİV həmişə diqqətimdə olub. 1980-i ildən təxminən 10 ilə yaxın Azərbaycan dili verilişi aparmışam. Həyatım eyni zamanda lüğətçiliklə bağlı olub. 3 cildlik Azərbaycan dilinin izahlı lüğətinin tərtibçilərindən olmuşam. Səməd Vurğunun bədii dilinin izahlı lüğətini hazırlamışıq. Heç vaxt bədii dildən, şifahi söz sənətindən ayrı düşməmişəm. Təzəlikcə yeni sözlər və mənalar lüğəti tərtib etmişik. Eyni zamanda hüquq terminləri lüğəti hazırlamışıq. Bəzən aktyorlar baxıram ki, mətni əllərindəki vərəqdən oxuyur atam rəhmətlik isə sinə dəftər oxuyurdu. Məndə aşıq sənətinə maraq olsa da, söz sənətini seçdim. Söz ovsununa düşmüşəm. Azərbaycan dilinin 7-8 cildlik izahlı lüğətini yaradırıq. Həmişə xalq dilini öyrənməyə çalışmışam. Anam 87 yaş ömür sürdü, 65 yaşımda olanda da anamdan yeni sözlər öyrənirdim. Anam heyrətlənirdi ki, bu yaşda da öyrənirsən, qeydlər aparırsan”.

Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoy İsmayıl müəllimin saza-sözə bağlılığından. Azərbaycan elminə verdiyi töhfələrdən danışdı.
“İsmayıl müəllim forma və məzmunca Azərbaycan xalq yaradıcılığını özündə ehtifa edən insandır”, - deyən Azərbaycan Pedaqoji Universitetin filologiya fakültəsinin dekanı Buludxan Xəlilov yubilyarın Azərbaycan dilçiliyinin inkişafında alimin xidmətlərini sadaladı.

Yubiley tədbirinə qatılan alimin qızı Fəridə İbrahimovanı söhbətə çəkdik.
Atasının sirlərini açıb-tökən Fəridə xanım atasının insani keyfiyyətlərindən danışdı: “Atam mənə həm müəllim, həm ata olub. Mən indi də ondan öyrənirəm. Atam təkcə sözü yox, sazı da sevirdi. Aşıq musiqisinə bağlılığı ona atasından və babasından keçib. Atamın kitablara vurğunluğundan ayrıca danışmaq istəyirəm. Əlinə düşən pulu kitablara verirdi. O qədər çox kitab almışdı ki, evimizdə kitab qoymağa yer qalmamışdı. Bir gün yenə kitab alıb gətirib, amma evdə yer yoxdur ki, qoysun. Qapının kandarına qoyub ki, anamdan xəlvət iş otağına aparsın. Çünki anam deyirdi ki, evdə kitab əlindən tərpənmək olmur, daha kitab alıb gətirmə. Anasına çox bağlı adamdır. İndi nənəm rəhmətə gedib. Nə vaxt atam anamı xatırlayırsa, gözündən yaş axır”.

Tələbəsi Mərziyyə Nəcəfova İsmayıl müəllimdən indi də öyrəndiyini deyir: “İsmayıl müəllim qədər tələbəsini sevən və dəyər verən ikinci müəllim tanımıram. Bu insan hansısa bir tədbirdə məruzə oxuyanda mütləq tələbələrini yada salır. Deyir fəxr edirəm ki, mənim belə istedadlı tələbələrim var”.

İsmayıl müəllim 70-i haqlasa da, görəcək işləri çoxdur. Adını Azərbaycan elminə əbədi həkk edən alimə yaradıcılıq uğurları və ilk növbədə can sağlığı arzulayırıq. Çox yaşayın, dəyərli alim.

Cəvahir,
Foto: Elçin Murad

Publika.az

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.