Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
17.11.2016

Hörmətli professor, İnstitutumuzun ağsaqqalı
İsmayıl Məmmədliyə

İsmayıl müəllimlə ilk tanışlığımız 2009-cu ildə doktranturaya daxil olduğum zaman başladı. Hər zaman gülərüzlü, mehriban, səmimi, qayğıkeş elm adamı kimi institutut kollektivinde sevilir və tanınır. Xalq arasında belə bir kəlam var : deyərlər ki, qəlbi təmiz insanlar yaşını verməz. Bu təbii ki, doğrudur çünki bizim İsmayıl müəllim eyni xüsusiyyətləri özündə əks etdirir. İsmayıl müəllim tək kollektiv arasında deyil, ətrafında da hörmetli alim kimi tanınır, ailəsində cəfakeş ata, fədakar baba, sadiq həyat yoldaşı, əsasən görkəmli dilçi alimdir.

Xüsusən vurğulamaq istəyirəm ki, İsmayıl müəllimlə eyni otağı paylaşmıram, lakin ara-sıra lüğətçilik şöbəsinə gedərəm, ya da ki bizim dil tarixi şöbəsinə təkrif edər. Biz gənclər hər dəfə İsmayıl müəllimi gördükdə onun ətrafına toplaşıb elmi söhbətlər edir, birlikdə fikirlərimizi bölüşür və eyni zamanda bizə elmi məsləhətlər verər. Bir gənc alim olaraq mənim üçün qürur mənbəyidir ki, bu kimi alimlə, el ağsaqalı ilə birlikdə eyni yerdə çalışıram.

İsmayıl müəllim 40 ildən artıqdır ki, dilçilik elmiylə məşğuldur. Doğma Azərbaycan dilinin inkişafı yolunda çox elmi nailiyyətləri oldu, saysız məqalələr və kitablar müəllifidir. Eyni zamanda bir çox doktorantarın elmi məsləhətçisidir.

Bu günlərdə hamımızın sevimlisi İsmayıl Məmmədlinin yübleyi olacaq. Bu münasibətlə Azərbaycan dili tarixi şöbəsinin elmi əməkdaşları şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, öncəliklə can salığı, üzun ömür, işlərində böyük elmi nailiyyətləri arzu edirəm.

AMEA-nın Dilçilik İnstitutunun Azərbaycan dil tarixi şöbəsinin
böyük elmi işçisi fil.üz.f.d. Türkan Əsgərova

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.