Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
28.10.2016

“Türk dünyasında elmi əməkdaşlıq və dialoq” mövzusunda beynəlxalq elmi konfrans

   Oktyabrın 20-23-də Ankarada Türkiyə Elmlər Akademiyasının təşkilatçılığı, Beynəlxalq Türk Akademiyası və Türk Dünyası Elmlər Akademiyaları Assosiasiyasının dəstəyi ilə Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Türk dünyasında elmi əməkdaşlıq və dialoq” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
   Tədbiri giriş sözü ilə açan Türkiyə Elmlər Akademiyasının prezidenti, akademik Əhməd Cavad Açar Birinci Türkoloji Qurultayın böyük tarixi əhəmiyyətindən danışıb.


   Beynəlxalq tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli“Birinci Türkoloji Qurultay və elmi-mədəni inteqrasiya prosesləri” mövzusunda məruzə ilə çıxış edib. “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamının əhəmiyyətini xüsusi vurğulayan akademik İsa Həbibbəyli qurultayın tarixi, məqsəd və vəzifələri, müzakirə edilən məsələlər və çağırışlar barədə ətraflı məlumat verib, latın əlifbasına keçid proseslərindəki rolundan danışıb. Bakıda keçirilən Birinci Türkoloji Qurultayın türk dünyasının inkişafında baş vermiş böyük mədəniyyət hadisəsi olduğunu bildirən AMEA-nın vitse-prezidenti bu möhtəşəm tədbiri türk dünyasının mədəni birliyinin və mənəvi bağlılığının yeni tarixi epoxadakı vəzifələrini diqqət mərkəzinə çəkən böyük elmi forum kimi dəyərləndirib.


   Konfransda Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvüMöhsün Nağısoylunun dil problemlərinə həsr olunan “Birinci Türkoloji Qurultay və türk dünyası” mövzusunda məruzəsi də maraqla qarşılanıb.
Tədbirdə türkiyəli professorlar Mustafa Öner, Mustafa Çufalı, Qırğızıstan Milli Elmlər Akademiyasının nümayəndəsi Gülzar Karıbekova, Beynəlxalq Türk Akademiyasının elmi katibi Asxat Kesikbayev və başqaları çıxış ediblər. Türkdilli ölkələrin Elmlər Akademiyalarının nümayəndələri təmsil etdikləri ölkələrdə Türkoloji Qurultayla bağlı keçirilən tədbirlərdən danışıb, mövzu üzrə mülahizə və təkliflərini səsləndiriblər.


    Beynəlxalq elmi tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və başqa türkdilli ölkələrin görkəmli alim və ekspertləri iştirak ediblər. Tədbirdə, həmçinin Türk Dünyası Elmlər Akademiyaları Assosiasiyasının gələcək fəaliyyəti barədə də fikir mübadiləsi aparılıb. Türk Dünyası Elmlər Akademiyaları Assosiasiyasına 2017-ci ilin oktyabr ayından etibarən AMEA-nın sədrlik edəcəyi barədə qərar qəbul edilib.


   Qeyd edək ki, Birinci Türkoloji Qurultayın 90 illik yubileyi münasibətilə indiyədək bir sıra xarici ölkələrdə, o cümlədən Qazaxıstan, Macarıstan və Tatarıstanda elmi konfranslar keçirilib. AMEA-nın bir sıra elmi-tədqiqat institutlarında da silsilə tədbirlər təşkil edilib.
   Birinci Türkoloji Qurultayın yekun yubiley tədbiri isə AMEA-nın təşkilatçılığı ilə noyabrın 13-15-də Bakıda keçiriləcək.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.