Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
27.10.2016


“Çocuk ve genclik edebiyatı” simpoziumu keçirilib

   21-22 oktyabr 2016-cı il tarixində Türkiyənin İstanbul şəhərində Üsküdar Bələdiyəsi və İstanbul Yazıçılar Birliyinin birgə təşkil etdiyi III Beynəlxalq “Çocuk ve genclik edebiyatı” simpoziumu keçirilib. Qeyd edək ki, bu konrans ilk dəfə 2013-cü ildə İstanbul Yazıçılar Birliyinin sədri prof. Bican Veysel Yılmaz tərəfindən təşkil olunub.
   Simpoziumun gündəliyi zəngin və çoxistiqamətli idi. Burada milətçi və köçə məruz qalan uşaqlar üçün ədəbiyyat məsələləri, ölkələrarası köç, didərginlik mövzusunda sərgi nümayiş etdirilib. Simpoziumda Azərbaycan, Türkiyə, Makedoniya, Özbəkstan, Tuva və s. türkdilli ölkəllərdən alimlər iştirak etmişlər.
  Qeyd edək ki, konfransın açılışında millət vəkili Qənirə Paşayayeva çixış edib. Tədbirin sonunda isə əsrin əvvələrində türklərin surğünlük həyatı haqqında sənədli film nümayiş etdirilib.


   Simpoziumun əsas mövzusu uşaq və gənclik ədəbiyytında köçkünlük, mürtəci yazıçılar və onların problemləri, məcburi qaçqınlığa düçar olmuş uşağlarda dil problemləri və s. kimi məsələlər idi.
   Konfransda Azərbaycanı Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik və Ədəbiyyat İnstitunun əməkdaşları maraqlı məruzələrilə təmsil ediblər. Azərbaycan dilinin tarixi şöbəsinin baş elmi işçisi prof. Sevil Mehdiyeva və böyük elmi işçisi fil.ü.f.d. Türkan Əsgərovanın çıxışı konfransda maraqla dinlənilib .
   Azərbaycan Milli Emlər Akademiyasının Nəsimi adına Dililik İnstitutunun Dil tarixi şöbəsinin baş elmi işçisi filologiya elmlər doktoru, professor Sevil Mehdiyeva “Üsküdar belədiyyə” sinin konfrans zalında oturum başkanı olaraq konransın açılışını elan edib.

   S.Mehdiyeva “Azərbaycan uşaq ədəbiyyatının təşəkkül tarixi və çağdaş durumu” mövzusunda məruzəsində Azərbaycan uşaq ədəbiyyatının ilk yaradıcısının Azərbaycan türk anaları olduğunu göz önünə gətirmiş, maraqlı nümunələr təqdim etmişdir. Professor vurğulamışdır ki, analarımız öz laylaları və oxşamaları ilə uşaq ədəbiyyatı incilərini yaradarkən uşaqların ruhunu oxşamaqla həm şair, həm bəstəci, həm də ifaçı kimi formalaşmışdır. Analar öz məlahətli səslərilə laylalar oxuyub-çağırmış və sözün həqiqi mənasında müdrikləşmiş, poetikləşmiş, obrazlaşmışlar.
   Daha sonra Türkan Əsgərova “Azərbaycan türk xalqının mənəvi dəyərlərinin yaranması və inşikafında uşaq və gənclik ədəbiyyatının rolu” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində Azərbaycan uşaq ədəbiyyatının ilk yaradıcılarından və çağdaş dövrdə yazıb-yaradan tədqiqatçılardan da bəhs edib.
Sonda konfrans öz işini başa çatdırıb.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.