Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
17.10.2016

MƏHƏBBƏT MİRZƏLİYEVA-67

  Oktyabrın 17-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli türkoloq Məhəbbət xanım Mirzəliyevanın anım günü keçirilib. Tədbiri giriş sözü ilə açan Nəsimi adına Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu M.Mirzəliyevanın həyat və yaradıcılığından bəhs etdi.

  Bildirdi ki, M.Mirzəliyevanın türkologiya elminin inkişafında öz xidmətləri var. O,1976-cı ildə “Müasir Azərbaycan dilində felin məna növləri və həmhüdud kateqoriyalar” mövzusunda namizədlik, 1996-cı ildə isə “Türk dillərinin frazeologiyasının nəzəri əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

  1993-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının humanitar siyasət şöbəsində məsləhətçi, 1996-2001-ci illərdə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının humanitar və ictimai elmlər şöbəsinin rəisi vəzifəsində fəaliyyət göstərmişdir.

  2002-2013-cü illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri kimi çalışmışdır. O, 2013-cü ilin noyabrından 2014-cü ilin noyabrına kimi AMEA Nəsimi adına Dilçilik İnstitutu Müasir Azərbaycan dili şöbəsinin müdiri vəzifəsini icra etmişdir.

  2013-cü il dekabrın 25-dən 2015-ci il aprelin 23-dək AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmişdir.

  M.Mirzəliyeva 2015-ci ilin aprel ayından Türk dilləri şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdu. Qayğıkeş insan, tələbkar rəhbər, fədakar alim kimi işlədiyi kollektivin hörmətini qazanmışdı. 2005-ci ildə Akademiyanın 60 illik yubileyi, 2009-cu ildə isə anadan olmasının 60 illiyi münasibətilə AMEA-nın Fəxri Fərmanına layiq görülmüşdü.

  Sonra çıxış edən millət vəkili AMEA-nın müxbir üzvü Nizami Cəfərov bildirdi ki, Məhəbbət xanımı 30 il bundan öncə tanımışam. Nə xarakterdə idisə, 30 il bundan əvvəl də belə idi. M.Mirzəliyeva o adamlara kömək edirdi ki,onlara kimsə kömək etmirdi. Çox sədaqətli xanım idi. Başqalarının istedadını qiymətləndirirdi. Həqiqəti müdafiə edirdi. Onun üçün dəyərli olan hər şeyə sahib oldu.

  Professor Sayalı Sadıqova isə çıxışında vurğuladı ki, M.Mirzəliyeva çoxlu sayda beynəlxalq simpozium və konfranslarda fəal iştirak edib. 2014-cü ilin 22 oktyabrında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə keçirilmiş "Sələflər və Xələflər" adlı I Beynəlxalq Simpozium da məhz onun təşəbbüsü və gərgin əməyinin nəticə idi. Qeyd etmək lazımdır ki, bu konfransla o, layıqli xələf və nümunəvi sələf olduğunu bir daha sübut etmişdir. 1998-2012-ci illərdə M.Mirzəliyeva “Tədqiqlər” toplusunun baş redaktoru olmuşdur.

  Tədbirdə qonaqlar, M.Mirzəliyevanın doktorantları da iştirak etmişlər. Sonda Türk dilləri şöbəsinin əməkdaşları Q.Mahmudova, E.Əliyeva da çıxış edərək bildirdilər ki, Məhəbbət xanımın xatirəsi onların qəlbində daima yaşayacaqdır.

   Qeyd edək ki, bugünkü anım tədbirinin təşkilində Türk dilləri şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəkər Orucovanın zəhməti böyükdür. Ş.Orucova Məhəbbət xanım Mirzəliyevanın redaktorluğu ilə çap olunan “Tədqiqlər” jurnalının 2016-cı il 1 saylı xüsusi buraxılışını çap etdirərək mərhum alimin ruhuna ithaf etmişdir. Jurnalın giriş hissəsində Məhəbbət xanımın həyat və yaradıcılığından bəhs edən nekroloqlar işıq üzü görmüşdür.

EPİLOQ

 Vaqif Səmədoglu dünyasını dəyişməmişdən öncə verdiyi müsahibələrin birində insanı duyğulandıran misralarını xatırlamaq istərdim: “Mən heç vaxt şeirlərimin sonuna nöqtə qoymuram. Ümumiyyətlə, nöqtəni sevmirəm. Qəribə bir sonluq əhval-ruhiyyəsi yaradır. Vergül ona baxanda daha insaflıdır. Ən azı, ardınca davamiyyət tələb edir. Mən hətta Allahdan da arzu edirəm ki, öləndə belə mənə nöqtə qoymasın". Bəli, onsuz da ölüm bütün istedadlı və məgrur insanların ömrünə nöqtə qoya bilmir... Bugünkü anım mərasimi də göstərdi ki, Məhəbbət Mirzəliyeva kimi alimlər heç bir zaman unudulmayacaq.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.