Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
9.10.2016

ELMİ ŞURA

   7 oktyabrda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın ilk iclası keçirilib. Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun rəhbərliyilə keçirilən Eımi Şurada şöbələrin 9 aylıq hesabatı dinlənilib. Şöbə müdirləri şöbələrin fəaliyyəti haqqında məruzə ediblər. Şura üzvləri elmi fəaliyyətin 9 aylıq yekunlarını qənaətbəxş qiymətləndiriblər. Növbəti hesabatda şöbələrarası reytinq cədvəlinin olması tövsiyə olunub.

   Hesabat zamanı “Qloballaşma zamanı Azərbaycan dilinin zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” nın yerinə yetirilməsi haqqında Monitorinq şöbəsinin müdiri dosent Sevinc Əliyeva məruzə edib.Vurğulayıb ki, bu ilin qarşıdakı aylarında “Televiziyalarda treninqlər” təşkil olunacaq. İsmayıllı və Nərimanov rayonlarının “Küçə reklamları və afişaların dili” üzrə monitorinqlər aparılacaq.

   Sonra Elmi Şuranın gündəliyində olan digər məslələr haqqında elmi katib dosent Aynel Məşədiyeva şura üzvlərinə məlumat verdi.

  Professor İsmayıl Oruc oğlu Məmmədlinin 70 illik yubileyinin keçirilməsi barədə AMEA-nın Humanitar Elmlər Bölməsinə təqdimat məktubu hazırlansın. M.Nağısoylu bildirib ki, alimin yubileyi ilə bağlı Elmi Şuranın xüsis iclası keçirilsin.

   AMEA-nın müxbir üzvü M.Nağısoylunun “Azərbaycan dilinin tarixi” şöbəsinin müdirinin vəzifəsini icra edən təyin olunması barədə də şura üzvləri qərar qəbul edib. Elmi Şurada İctimaiyyətlə Əlaqələr şöbəsinin yaradılması qərara alınıb. İnstitutun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri təyin olunub.

  Elmi Şura müzakirələrlə davam edib. “Azərbaycan dilinin tarixi”şöbəsinin qiyabi doktorantı Aynur Famil qızı Qədimalıyevaya və “Kompüter dilçiliyi” şöbəsinin qiyabi doktorantı Cahid Kazımova elmi məsləhətçi təyin edilməsi təklifləri də şura üzvləri tərəfindən qəbul olunub. Aynur Qədimalıyevaya AMEA-nın müxbir üzvü M.Nağısoylu, Cahid Kazımova isə filologiya üzrə elmlər doktoru Mayıl Əsgərov elmi məsləhətçi təyin olunub.

   Sentyabrın 8-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans barədə çıxış edən Mayıl Əsgərov bunu təkcə Sosiolinqvistika və dil siyasəti şöbəsinin deyil, Dilçilik İnstitutunun uğuru hesab edib. Konfransın təşkilatçıları isə sonda mükafatlandırılıb.

  Elmi Şurada Türkologiya jurnalının məsul katibi Elçin İbrahimovun fikri müsbət qarşılandı. O bildirdi ki, oktyabr ayının ortalarında "Türkologiya" jurnalı və Dilçilik İnstitutu Orfoqrafiya lüğətinin sonuncu nəşri (2013 6-cı nəşr) ilə bağlı dəyirmi masa təşkil edəcək. Dəyirmi masada “tənqidçilər və tərtibçilər” iştirakı ilə müzakirələr aparılacaq.

   Sonra Dilçilik İnstitutunun Elmi İşlər üzrə direktor müavini dosent Baba Məhərrəmli Macarıstanın paytaxtı Budapeştdə keçirilən XI Beynəlxalq Böyük Türk Dili Qurultayında iştirakları barədə m əlumat verib. Bildirib ki, Nəsimi adına Dilçilik İnstitunundan direktor, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, elmi işlər üzrə direktor müavini Baba Məhərrəmli, Azərbaycan dilinin tarixi şöbəsinin baş elmi işçisi Vahid Zahidoğlu, Sosiolinqvistika və dil siyasəti şöbəsinin baş elmi işçisi Roza Eyvazova qurultaya qatılmışlar. Qeyd etdi ki, Macarıstanda keçirilən XI Uluslararası Türk Dili Qurultayı türkoloqların gələcəkdəki əlaqələrinin yaxınlaşması, iş birliyinin yaranması, ortaq layihələrin həyata keçirilməsi səbəbindən böyük tarixi əhəmiyyət daşıyır.

  Sonda “Cari məsələlərlə” Elmi Şura öz işinə yekun vurdu.

İctimaiyyələ əlaqələr şöbəsinin müdiri: dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.