Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
29.9.2016

Azərbaycan alimləri Budapeştdə XI Beynəlxalq Böyük Türk Dili qurultayında iştirak edib

   Azərbaycanın bir qrup türkoloq və dilçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən XI Beynəlxalq Böyük Türk Dili qurultayında iştirak ediblər.

   Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, Budapeştdəki Yunis İmrə Türk Kültürü İnstitutunda keçirilən qurultayda plenar iclaslardan ikisi Azərbaycan alimlərinin - Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor Roza Eyvazova və Bakı Slavyan Universitetinin dosenti Məhbubə Məmmədovanın sədrliyi altında keçirilib.

   Ümumilikdə 9 plenar iclasda yüzə yaxın məruzə dinlənilib və müzakirə edilib. AMEA-nın müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu, Vahid Ədilov, Roza Eyvazova, Cahangir Cahangirli, İkram Qasımov, Məhbubə Məmmədova, Ziyafət Qasımova, Aygül Hacıyeva Azərbaycan dilçilik elminin son illərdə keçdiyi inkişaf yolunu, türk dillərinin müxtəlif problemləri ilə bağlı tədqiqləri əks etdirən maraqlı məruzələrlə çıxış ediblər. Qurultay zamanı onlar eyni zamanda digər ölkələrdən gəlmiş həmkarları ilə görüşərək gələcək elmi əməkdaşlıq yolları ilə bağlı fikir mübadiləsi aparıblar.

   Tədbirdə növbəti XII Beynəlxalq Böyük Türk Dili qurultayını gələn ilin oktyabr ayında Berlin şəhərində keçirilməsi qərara alınıb.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.