Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
23.9.2016

AMEA-dan Afaq Məsuda CAVAB:
“Azərbaycan dilini bilmir” - QALMAQAL

   “Azərbaycan dilinin “Orfoqrafiya lüğəti”ni hazırlayan alimlər ölkədə və xaricdə tanınmış akademiklərdir. Necə ola bilər ki, akademiklər Azərbaycan dilindən xəbərsiz olub? Ağamusa Axundov, Nəriman Seyidəliyev, Aydın Ələkbərov, Nadir Məmmədli, İsmayıl Məmmədli, yoxsa Bəhruz Abdullayev Azərbaycan dilindən xəbərsizdir? O xanım özü dilçiləri tanımır”.

  Bunu Publika.az-a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinin müdiri İsmayıl Məmmədli Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru. Yazıçı Afaq Məsudun “Orfoqrafiya lüğəti”ni Azərbaycan dilindən tam xəbərsiz insanlar hazırlayıb” fikrinə münasibət bildirərkən deyib.

  İ.Məmmədli lüğətdə bəzi sözlərin səhv verilməsinə də aydınlıq gətirib:

   “Bu lüğəti hazırlayanlar illərdir lüğətçiliklə məşğul olur. Mən özüm 40 ildən çoxdur lüğətçiliklə məşğulam. Necə ola bilər ki, mənim qrammatikadan xəbərim olmasın? O jurnalistdir, dildən, lüğətdən xəbəri yoxdur. Lüğətin hazırlanması elə prosesdir ki, orada səhvlər ola bilər. Ağamusa Axundov 2004-cü ilin lüğətini hazırlayanda 9 sözü verməyi unutmuşdu. Əliheydər Orucovun hazırladığı 1975-ci il nəşrində “stəkan” sözü yox idi. Sözlər yaddan çıxa bilər. Lüğət daim təkmilləşir. Əvvəlki lüğətdə iki cür yazılan – yorğun və yorluq, kəsəkəs və kəsakəs kimi sözlər var idi. Bu səhvi 2013-cü il nəşrində aradan qaldırmışıq. Hər nəşrdə lüğət bir az da təkmilləşir. Səhvlər tədricən düzəlir. Lüğət kollektiv işdir, İsmayıl Məmmədlinin əsəri deyil. Ola bilər ki, korrektədə müəyyən dəyişiklik edilə bilər”.

   İ.Məmmədli A.Məsudun lüğətdəki bəzi sözlərin süni şəkildə təşkil etdiyi, dili “söz ehtiyatımızı artıraq” devizi altında minlərlə əcaib, qondarma sözlərlə doldurulması barədə fikirlərinin əsassız olduğunu deyib:

   Onun fikrinə görə, ehtiyac yoxdur, mənə görə ehtiyac var. Əgər sözlər dildə varsa, işlədilirsə, onu lüğətə salmalıyıq. Ehtiyac olmazsa, o sözü işlədərlər? Ola bilər ki, o, Azərbaycan dilini bilmir. O heç babası Əli Vəliyevin kitablarını oxumayıb”.

   A.Məsud Tərcümə Mərkəzi tərəfindən lüğət hazırlandığını bildirib. Bu da dildən istifadə edənlərin sözü yazarkən hansı lüğətə əsaslanacağı ilə bağlı sual yaradır. İ.Məmmədov bildirdi ki, lüğət hazırlamaq Dilçilik İnstitutu Lüğətçilik şöbəsinin işidir.

   “Bizim institut rəhbərliyi tərəfindən Tərcümə Mərkəzinə bu barədə məlumat verilib. Lüğətin hazırlanması bizə tapşırılıb. Bu məsələdə onların kommersiya marağı var. Qiyməti 28 manat olan 25 min tirajla nəşr olunan kitabın satışından yaxşı gəlir götürə bilərlər”.

***

Dilçilik İnstitutu: “Qrammatikadan necə xəbərimiz yoxdur ki...”

   “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Dövlət Dil Komissiyasının, Elmi Şuranın, Şərq-Qərb nəşriyyatının xeyir-duası ilə nəşr edilib. Lüğətin bütün tərtibçiləri də Azərbaycan dilinin qrammatikasından xəbəri olan elmlər doktorları, professorlardır”.

   Bunu Lent.az.-a Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi Dilçilik Şöbəsinin müdiri, professor İsmayıl Məmmədli Azərbaycan Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsudun “Sanki “Orfoqrafiya lüğəti”ni Azərbaycan dilindən tam xəbərsiz insanlar hazırlayıb” fikrinə cavab olaraq deyib.

  İ.Məmmədli bildirib ki, “Orfoqrafiya lüğəti”nin tərtibçilərindən biri Azərbaycan dilçiliyində öz dəst-xətti olan rəhmətlik akademik Ağamusa Axundov olub: “Mən özüm elmlər doktoru, professor, Dövlət Dil Komissiyasının üzvü, lüğətin redaktoru və 30 ildir ki, lüğət şöbəsinin müdiriyəm. Bundan başqa, rəhmətlik Bəhruz Abdullayev də ixtisasca dilçi olub, fars-şərq dillərini yaxşı bilib. Rəhmətlik Nərgiz Rəhimzadə də lüğətin tərtibçilərindən olub. Hazırda 49 ildir bizim şöbədə çalışan, tərtibçilərdən olan Nigar Ağayeva universiteti fərqlənmə diplomu ilə bitirib. Nəriman Seyidəli elmlər doktoru, Nadir Məmmədli tərtibçidir. Bu şəxslərin qrammatikadan necə xəbəri yoxdur ki, biri akademik, biri professor, biri aparıcı elmi işçidir?”.

  Afaq Məsudun yeni “Orfoqrafiya lüğəti”nə 700-dən çox ötən əsrin 50-60-cı illəri və sonrakı dövr ədəbiyyatlarına istinad olunan təmiz Azərbaycan sözlərinin daxil ediləcəyi ilə bağlı fikrinə də rəy bildirən İ.Məmmədli deyib ki, “Orfoqrafiya lüğəti” Dilçilik İnstitutunun əmlakıdır və Dilçilik İnstitutu onu özü hazırlayır, indiyə kimi də elə olub: “700-dən çox söz əlavə etmək istəyirlərsə, təklif kimi bizə göndərsinlər, biz də nəzərə alarıq”.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.