Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
8.9.2016

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans öz işinə başladı

  Sentyabrın 8-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans öz işinə başladı.

 Tədbir AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

   Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq hazırda ölkədə olduqca aktual xarakter daşıyan multikulturalizm dəyərlərinin Azərbaycan modeli barədə danışdı. Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında imzaladığı sərəncamın əhəmiyyətindən danışan akademik İsa Həbibbəyli bildirdi ki, ölkə rəhbərinin təşəbbüsü ilə multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.

   AMEA-nın vitse-prezidenti multikluturalizmin Azərbaycan modelinin 3 prinsipə əsaslandığını bildirdi. Bunların tarixi milli dəyərlər, tolerantlıq və azərbaycançılıq prinsiplərindən ibarət olduğunu, burada azərbaycançılıq prinsipinin xüsusi önəm daşıdığını qeyd etdi.

   Akademik İsa Həbibbəyli AMEA-da ötən ildən multikulturalizm ilə bağlı elmi araşdırmaların aparıldığını, fəlsəfə doktoru və elmlər doktoru proqramları çərçivəsində elmi fəaliyyətlə məşğul olanlar üçün multikulturalizm üzrə elmi-tədqiqat mövzularının daha çox diqqət mərkəzində saxlanıldığını, multikulturalizm ilə bağlı silsilə tədbirlərin, həmçinin “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatının keçirildiyini bildirdi.

   Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Azərbaycanda multikulturalizmin həyat tərzi olduğunu, ölkəmizdə multikultural dəyərlərin, tolerantlıq ənənələrinin əsrlərə söykəndiyini qeyd etdi.

   Bildirdi ki, multikulturalizm Azərbaycan xalqının çoxəsrlik həyat tərzidir: “Azərbaycanda normal tolerant mühit var, burada müxtəlif xalqların nümayəndələri, fərqli dinlərə mənsub insanlar eyni hüquqa malikdir və əsrlərdir qardaşlıq, dostluq şəraitində yanaşı yaşayırlar”.

   Azərbaycan multikulturalizminin dünyanın müxtəlif ölkələrində təbliğ və tədris edildiyini diqqətə çatdıran akademik Kamal Abdulla ölkənin ali təhsil müəssisələrində bu fənnin tədrisinin əhəmiyyətini önə çəkdi.

   Qeyd edildi ki, Azərbaycan multikulturalizminə olan maraq respublikamızın dünyada tarixi örnək dəyərlərə malik ölkə kimi tanıdılmasının nəticəsidir. “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının nəşri, “Azərbaycan multikulturalizmi” dərsliyinin yazılması, “Multikulturalizm” jurnalının çap edilməsi, eyniadlı fənnin proqramının tərtib olunaraq dünya universitetlərinə təqdim edilməsi, dünyanın 15 ali təhsil ocağında tədris olunan “Azərbaycan multikulturalizmi” fənninin faydası və lazımlılıq dərəcəsi bizim işimizin həm mürəkkəbliyini, həm çoxşaxəliliyini, həm də cəmiyyətimiz, gələcəyimiz üçün vacibliyini bir daha göstərir.

   Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirdi ki, bu gün dünyada multikulturalizmin alternativi yoxdur. Tarixən tolerant və multikultural dəyərləri üstün tutan, əhalisinin 96 faizini müsəlmanlar təşkil edən Azərbaycanda bütün dinlərin nümayəndələri – müsəlman, xristian, yəhudilər əsrlərdir sülh və qardaşlıq şəraitində yaşayırlar.

   Komitə sədri dünyadakı bütün problemlərin həllinin dinlər, sivilizasiyalararası dialoqlardan, digər dinlərin, dillərin, müxtəlif mədəniyyətlərin, eləcə də ayrı-ayrı irqlərin nümayəndələrinə bərabər münasibətin, hörmətin göstərilməsindən – multikulturalizmdən asılı olduğunu söylədi.

   Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, Qafqaz Müsəlmanları İdarəsinin səd müavini Qəmər Cavadlı, Rusiya Dövlət Pedaqoji Universitetinin professoru Marianna Dvoreçkaya və başqaları mövzunun aktuallığını vurğulayaraq, multikulturalizm dəyərlərini birgə səylərlə təşviq etməyin vacibliyini bildirdilər.

   Konfrans öz işini bölmələr üzrə davam etdirdi. Bölmə iclaslarında “Vicdan azadlığının və ana dilində danışmaq hüququnun konstitusion hüquqi təminatı”, “Müasir Azərbaycanda dövlət-din münasibətləri”, “Azərbaycan tatlarının dilinin etnoqrafik leksikasına dair Azərbaycan dilinin nitq mədəniyyəti problemləri”, “Qafqaz xalqlarının dilində işlənən “kotan” termini qədim mədəni əlaqələrin yadigarı kimi”, “Azərbaycan Respublikasında milli azlıqların mədəni irsinin qorunması və inkişafı”, “Heydər Əliyev Azərbaycanda multikulturalizmin siyasi banisi kimi” və digər mövzularda məruzələr dinləniləcək.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.