Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
31.8.2016

AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun 70 yaşı tamam olur

   Tanınmış dilçi alim, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun 70 yaşı tamam olur.

   Möhsün Nağısoylu 1946-cı il sentyabrın 1-də Naxçıvan MR Şərur rayonunun Xok kəndində anadan olmuşdur. 1963-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili və ədəbiyyatı şöbəsinə daxil olmuş, 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1972-ci ildə əmək fəaliyyətinə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda başlayan Möhsün Nağısoylu baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışmışdır. 1979-cu ildə “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə” (paleoqrafiya, orfoqrafiya və tərcümə məsələləri)” mövzusunda namizədlik, 1994-cü ildə isə “XV-XVI əsrlər Azərbaycan tərcümə abidələri (mətnşünaslıq, tərcümə və dil məsələləri)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2012-ci ildə professor elmi adını almış, 2014-cü ildə isə AMEAnın müxbir üzvü seçilmişdir.

   Professor Möhsün Nağısoylu 36 kitab və monoqrafiyanın, o cümlədən “Orta əsrlərdə Azərbaycan tərcümə sənəti”, “Şirazinin “Gülşəni-raz” tərcüməsi, “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə”, “Şəbüstəri Şeyx Mahmud. Gülşəni raz”, “Əhmədi “Əsrarnamə” tərcüməsi”, “A.Bakıxanovun “Riyazül-qüds” əsəri klassik tərcümə nümunəsi kimi” və s. tərcümə əsərlərinin tərtibçisi və izahlarının müəllifi, 2 ali təhsilə hazırlıq kursları üçün bir sıra dərs vəsaitlərinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının test tapşırıqlarının müəllifidir.

   Görkəmli alim 300-ə yaxın elmi, elmi-kütləvi məqalənin, müxtəlif elmi ictimaiyyətə təqdim edilmiş rəy və resenziyaların müəllifi, onlarla fəlsəfə doktoru və elmlər doktorluq dissertasiyalarının opponenti-rəyçisi olmuş, rəhbərliyi altında 18 fəlsəfə doktorluğu işi uğurla başa çatdırılmışdır. O, ölkəmizdə və xaricdə keçirilmiş bir çox beynəlxalq konfranslardakı çıxışlarında Azərbaycan dilçilik elmini layiqincə təmsil etmişdir.

 M.Nağısoylu AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdindəki İxtisaslaşdırılmış müdafiə Şurasının və Əlyazmalar İnstitutundakı birdəfəlik müdafiə şurasının, Nazirlər Kabineti yanında Terminologiya Komitəsinin üzvüdür. 2001-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və 2014-cü ildə AMEA Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif olunmuşdur.

   2015-ci ildən bugünədək AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktorudur.

   Tanınmış elm mücahidini 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və Azərbaycan dilçilik elminin tərəqqisi yolunda yeni-yeni yaradıcılıq uğurları arzu edirik!

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.