Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
22.7.2016

Başsağlığı

    Tanınmış alim AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri, filologiya elmləri doktoru, türkoloq Məhəbbət xanım Mirzəliyeva iyulun 22-də uzun sürən xəstəlikdən sonra vəfat edib. Nəsimi adına Dilçilik İnstitutunun rəhbərliyi və kollektivi Məhəbbət xanımın vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər. Məhəbbət Mirzəliyevanın işıqlı xatirəsi onu tanıyanların qəlbində daima yaşayacaqdır. Allah rəhmət eləsin!

Məhəbbət Mirzəxan qızı Mirzəliyeva 17 oktyabr 1949-cu ildə Bakı şəhərində doğulmuşdur. 1966-cı ildə Bakı şəhərindəki 74 saylı orta məktəbi gümüş medalla bitirərək Bakı Dövlət Universitetinin (keçmiş S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti) filologiya fakültəsinə daxil olmuşdur. 1971-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1971-1972-ci tədris ilində ali təhsili başa vurduqdan sonra təyinatla Quba şəhər internat məktəbində tərbiyəçi-müəllim işləmişdir. İşlədiyi müddətdə şagird və müəllim kollektivinin dərin rəğbətini qazanmışdır.
1972-1975-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dillərinin müqayisəli tədqiqi şöbəsinin əyani aspirantı olmuşdur.
1975-1993-ci illərdə institutun Türk dilləri şöbəsində kiçik elmi işçidən baş elmi işçiyədək ucalmışdır.
1976-cı ildə “Müasir Azərbaycan dilində felin məna növləri və həmhüdud kateqoriyalar” mövzusunda namizədlik, 1996-cı ildə isə “Türk dillərinin frazeologiyasının nəzəri əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1993-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının humanitar siyasət şöbəsində məsləhətçi, 1996-2001-ci illərdə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının humanitar və ictimai elmlər şöbəsinin rəisi vəzifəsində fəaliyyət göstərmişdir.
Elmi fəaliyyətlə paralel surətdə 1991-1993-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda, 1996-2000-ci illərdə isə Azərbaycan Xarici Dillər Universitetində pedaqoji fəaliyyət göstərmişdir.
M.Mirzəliyeva 2002-2013-cü illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri kimi çalışmışdır. Bu illərdə şöbə əməkdaşlarının elmi və ictimai fəaliyyətlərində böyük rol oynamışdır. Onun bilvasitə və bilavasitə rəhbərliyi altında şöbənin 12 əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, 1 əməkdaşı isə filologiya üzrə elmlər doktoru adı almaq üçün dissertasiya müfafiə etmişdir. M.Mirzəliyeva təkcə rəhbərlik etdiyi şöbənin deyil, digər şöbələrin aspirant və dissertanlarının da elmi yaradıcılıqlarında müsbət təsir göstərmişdir.
2002-ci ildən institutda fəaliyyət göstərən Bakı Dilçilik Məktəbinin rəhbəri, 2002-2012-ci illərdə Bakı Slavyan Universiteti nəzdində fəaliyyət göstərən Müdafiə şurasının üzvü olmuşdur.
2010-cu ildən Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilmə Şurası Dilçilik üzrə Problem Şurasının elmi katibi, 2012-ci ildən isə AMEA Dilçilik İnstitutu nəzdindəki Müdafiə şurasının üzvü olmuşdur..
O, 2013-cü ilin noyabrından 2014-cü ilin noyabrına kimi AMEA Nəsimi adına Dilçilik İnstitutu Müasir Azərbaycan dili şöbəsinin müdiri vəzifəsini icra etmişdir.
2013-cü il dekabrın 25-dən 2015-ci il aprelin 23-dək AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmişdir. M.Mirzəliyeva institut əməkdaşlarını hər çür qayğı ilə əhatə etmiş, onların bütün problemlərinin həllində yaxından iştirak etmişdir. 2 elmi monoqrafiya, 1 şeir kitabı, 80 elmi məqalə və tezisin müəllifi, 4 kollektiv monoqrafiyanın həmmüəllifidir.
20 elmi monoqrafiyanın redaktoru və rəyçisi, eləcə də 1998-2012-ci illərdə “Tədqiqlər” toplusunun baş redaktoru olmuşdur. M.Mirzəliyevanın gərgin əməyinin nəticəsi olan bu jurnal respublikanın bütün bölgələrini əhatə edir, nəinki elmi dərəsi olanların, elmə yeni qədəm basan gənc nəslin də dərc olunub, tanınmasında mühüm rol oynayıb.
O, ictimai həyatda da həmişə fəallıq göstərib. Belə ki, 1972-1990-cı illərdə Nəsimi adına Dilçilik İnstitutunun komsomol və partiya təşkilatlarına rəhbərlik etmiş, 1985-1990-cı illərdə Azərbaycan Elmlər Akademiyası partiya komitəsinin və rayon partiya komitəsinin üzvü olmuş, 1985-1993-cü illərdə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xalq iclasçısı seçilmişdir.
M.Mirzəliyeva beynəlxalq simpozium və konfranslarda fəal iştirak edib. 2014-cü ilin 22 oktyabrında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə keçirilmiş "Sələflər və Xələflər" adlı I Beynəlxalq Simpozium da məhz onun təşəbbüsü və gərgin əməyinin nəticə idi. Qeyd etmək lazımdır ki, bu konfransla o, layıqli xələf və nümunəvi sələf olduğunu bir daha sübut etmişdir.
M.Mirzəliyeva 2015-ci ilin aprel ayından Türk dilləri şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdu. Qayğıkeş insan, tələbkar rəhbər, fədakar alim kimi işlədiyi kollektivin hörmətini qazanmışdı.
2005-ci ildə Akademiyanın 60 illik yubileyi, 2009-cu ildə isə anadan olmasının 60 illiyi münasibətilə AMEA-nın Fəxri Fərmanına layiq görülmüşdü..

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.