Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi

Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası

 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
4.7.2016

  Elmi Şura

   

   1 iyul 2016-cı ildə Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir.

  Elmi Şura üzvləri ilk olaraq AMEA-nın müxbir üzvü, professor Möhsün Nağısoylunu direktor seçilməsi münasibətilə təbrik etdilər. Sonra professor M.Nağısoylu və elmi katib dosent Aynel Məşədiyeva gündəlikdəki məsələlər barədə məlumatlar verdilər.

   Gündəlikdə olan ilkin məsələ şöbələrdə elmi tədqiqat işlərinin yerinə yetirilməsinin 6 aylıq vəziyyəti-şöbə müdirlərinin məlumatı idi. Şöbə müdirləri ayrı-ayrılıqda 2016-cı ilin 6 ayı haqqında hesabat verdilər. Dinlənilən hesabatlar haqqında suallar verildi, müzakirələr aparıldı.

    Sonra elmi səfərlərdə olmuş əməkdaşların hesabatları dinlənildi. Öncə Azərbaycan Dialektologiyası şöbəsinin müdiri fil.ü.f.d. Kifayət İmamquliyeva, sonra isə Monitorinq şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Nəzakət Qazıyevanın elmi ezamiyyətləri haqqında bir sıra maraqlı məlumatları diqqətə çatdırdılar.

   Elmi Şuranın tərkibində dəyişiklik məsələsinə baxıldı. Monitorinq şöbəsinin yeni müdiri dosent Sevinc Əliyeva Elmi Şuranın üzvü seçildi.

  “Dilçilik İnstitutunun əsərləri”nin yeni redaksiya heyətinin seçilməsi məsələsi də səsləndirildi. Professor M.Nağısoylu “Dilçilik İnstitutunun əsərləri”nin baş redaktoru seçildi.

    Musabiqə yolu ilə şöbə müdirlərinin seçkisi haqqında məsələyə baxıldı. Səsvermə yolu ilə Azərbaycan Dialektologiyası şöbəsinin müdiri fil.ü.f.d. Kifayət İmamquliyevaya 22 nəfər lehinə səs verərək onun namizədliyini təsdiqləmişdi.

    Qeyd edək ki, seçkilərin keçirilməsi haqqında elan mətbuatda dərc edilmişdir.

    Müasir Azərbaycan dili şöbəsinin böyük elmi işçisi fil.ü.f.d. Pərviz İsmayılova dosent elmi adının verilməsi haqqında qərar qəbul etdi.

   Türk dilləri şöbəsin üzrə boş olan böyük elmi işçi vəzifəsinə müsabiqə yolu ilə fil.ü.f.d Şəbnəm Həsənli Qəribovanın namizədliyi irəli sürüldü. 22 nəfər lehinə səs verərək Ş.Həsənlinin namizədliyi təsdiqləndi.

   Sonda isə cari məslələr müzakirə olundu.

Mətbuat xidmətinin rəhbəri: dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.