Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi

Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası

 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
28.6.2016

H.ACARYANIN “ERMƏNİ DİLİNİN ETİMOLOJİ LÜĞƏTİNDƏ TÜRKİZMLƏR” mövzusunda elmi seminar

24 iyunda Nəsimi adına Dilçilik İnstitutunda Elmi Seminarın növbəti iclası keçirilmişdir. Seminarda Türkiyənin Kayseri şəhərindəki Erciyes Universitetinin professoru Qafar Çaxmaxlının Hraçya Acaryanının “Erməni dilinin etimoloji lüğətində türkizmlər ” mövzusunda məruzəsi dinlənilmişdir.

Seminarı giriş sözü ilə açan institutun direktor vəzifəsini icra edən AMEA-nın müxbir üzvü, professor Möhsün Nağısoylu qonağı salamlayaraq onun məruzəsinin əhəmiyyətini vurğuladı.

Qafar Çaxmaxlı çıxışında öncə H.Acaryanın tərcümeyi-halı, sonra elmi yaradıcılığı haqqında məlumat verdi. Bildirdi ki, H.Acaryan İstanbulda çəkməçi ailəsində doğulmuşdur. O, 1898-ci ildə təhsil aldıqdan sonra Qafqaza gəlmiş və burada elmi araşdırmaya başlamışdır. Acaryan Qafqazda türkologiya ilə bağlı toplantılarda iştirak etmiş, Türkcədən ermənicəyə keçən kəlmələr üzərində çoxlu sayda tədqiqatlar aparmışdır. Qeyd edək ki, Acaryan Qafqazı erməni məskəni saymır. Bununla yanaşı, 1902-ci ildə Türk Dil Qurultayında , 1926-cı ildə Birinci Türkoloji Qurultayda məruzələrlə çıxış etmişdir. Onun 1902-ci ildə Moskvada Lazzarev İnstitutu tərəfindən “Türk dilindən erməni dilinə keçən sözlər” kitabı çap olunmuşdur.O, erməni dilində işlənən türkcə kəlmələri sistemləşdirərək Van, Qarabağ və Naxçıvan dialektlərilə müqayisə etmişdir.

Acaryanın fikrincə, 4000 söz türk dilindən erməni dilinə keçmişdir.

Məsələn: acab- əcəb, acarə- tez, azadlama- azadlıq və s.

Çıxışının sonunda müəllif Acaryanın lüğətinin tərcümə olunması təklifini irəli sürdü. Professor Qafar Çaxmaxlının məruzəsi dilçi alimlər tərəfindən maraqla dinlənildi, məruzə ətrafında müzakiərlər aparıldı.

Qeyd edək ki, bu il AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Qədim erməni dili” üzrə magistr ixtisası açılıb. Qafar Çaxmaxlı magistrlərə qədim erməni dilini tədris edəcək.

Mətbuat xidməti

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.