Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
22.6.2016

Dilçilik İnstitutu mövqeyini bildirdi

Son zamanlar mətbuatda Azərbaycanda rus dilində təhsilin ləğv olunması fikirləri diqqəti cəlb edir.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı tərəfindən mətbuatda yayımlanan bu fikir ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Dilçilik İnstitutunun mətbuat xidmətindən verilən məlumata görə institutun elmi işçisi Cahid İsmayıloğlunun rus dilində təhsilin ləğv olunması ilə bağlı açıqlaması onun şəxsi fikridir və Nəsimi adına Dilçilik İnstitutunun mövqeyini ifadə etmir.

Dilçilik İnstitutunda rus dilində elmi araşdırmalar aparılır, dissertasiya işləri müdafiə olunur. Bununla yanaşı, institutda Dil siyasəti şöbəsi fəaliyyət göstərir. Müxtəlif xalqların dilləri öyrənilir.

Ölkə konstitusiyasının 21-ci maddəsində göstərilir: I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir. İkinci maddədən göründüyü kimi, Azərbaycan Respublikasında yaşayan və müxtəlif dillərdə danışan əhalinin milli dillərinin sərbəst işlədilməsinə və inkişafına da dövlət tərəfindən tam təminat verilir. Bu mühüm amili nəzərə alaraq rus dilində təhsilin ləğv olunması ilə bağlı fikirlərini məqbul saymırıq.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.