Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
20.6.2016

Dilçilik İnstitutunun bir qrup əməkdaşı Füzuli rayonuna ezam olunub

    Azərbaycan Respublikası Prezidentinin 2013cü il 9 aprel tarixli s ərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın 6.3.5. bəndinin (Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi) həyata keçirilməsi məqsədilə AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin bir qrup əməkdaşı 1017 iyun 2016cı il müddətində Füzuli rayonuna ezam olunmuşdur.

Ekspedisiya üzvləri şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru Kifayət İmamquliyeva, filologiya üzrə fəlsəfə doktoru aparıcı elmi işçi dosent Kubra Quliyeva, filologiya üzrə fəlsəfə doktoru aparıcı elmi işçi dosent Qüdsiyyə Qəmbərova, filologiya üzrə fəlsəfə doktoru filologiya üzrə fəlsəfə doktoru aparıcı elmi işçi Güntəkin Binnətova, elmi işçi Səkinə Şərifova və operator Natavan Ağayeva Füzuli rayon rəhbərliyinin yaratdığı mütəşəkkil iş şəraitində rayon ictimaiyyəti ilə görüşmüş, yaşayış məntəqələrindən lazımi dialektoloji materialı əldə etmişlər.

Dialektoloqlar həmçinin Füzuli rayon tarixetnoqrafiya muzeyində olmuş, bir çox tarixi yerləri gəzmiş, rayonun müasir görünüşünü, abadlaşdırılmış yolları, kəndləri, yeni salınmış məcburi köçkün qəsəbələrini əks etdirən fotoşəkillər çəkmiş, zəngin dialektoloji və etnoqrafik materialla geri qayıtmışlar. Ekspedisiya zamanı dialektoloqlar Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini tərk etmədən 23 il oğlu Oqtay Həziyevlə birgə yaşayan 80 yaşlı Haqverdiyeva Minara Temir qızı ilə də görüşmüş, Azərbaycan Ordusunun dördgünlük müharibədəki qələbə sevincinin təntənəsi olan Lələtəpəyə əsgərlərlə görüşüşünə getmişlər.

    AMEA Nəsimi adına Dilçilik İnstitutunun rəhbərliyi dialektoloqlara edilmiş bu köməkliyə görə Füzuli rayon rəhbərliyinə təşəkkürünü bildirir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.