Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
10.6.2016

AZƏRBAYCAN DİLİNİN DİALEKT SİNTAKSİSİ

    8 iyun 2016-cı ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunda Məmməd Cəfərzadənin anadan olmasının 90 illiyi münasibətilə “Azərbaycan dilinin dialekt sintaksisi” kitabının təqdimatı keçirilib. Qeyd edək ki, monoqrafiya ilk dəfə 1990-cı ildə nəşr olunub. Monoqrafiyanın təkrar nəşri Azərbaycan dili tarixi şöbəsinin dosenti Vahidə Cəfərzadə tərəfindən hazırlanmışdır. Təqdimatda M.Cəfərin ailə üvləri və Dilçilik institutunun əməkdaşları iştirak edib.

   Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun direktor vəzifəsini icra edən AMEA-nın müxbir üzvü, professor Möhsün Nağısoylu bildirib ki, bu kitab həm ali təhsil ocaqları, həm də Dilçilik İnstitutu üçün faydalıdır. Kitabın redaktoru filologiya elmləri doktoru Vaqif Aslanov , rəyçi filologiya elmləri doktoru Musa İslamovdur. Ön söz isə professor Qəzənfər Kazımova məxsusdur.

   Oxuculara təqdim olunan bu kitabda Azərbaycan dili dialektlərinin sintaktik quruluşu tədqiq olunur: bu vaxta qədər bəlli olmayan söz birləşmələri və cümlə strukturlarından və öyrənilməmiş kateqoriyalardan danışılır. Əsərdə dilçilikdə dialekt sintaksisi problemi, dialektlərin sintaktik cəhətdən təsnifi, dialektlərlə ədəbi dilin qarşılıqlı əlaqəsi, türkologiyada mürəkkəb cümlə ilə bağlı məsələlər nəzərdən keçirilir.

  Tədbirdə çıxış edən professorlar İ.Məmmədli, S.Sadıqova, M.Məmmədov, filologiya üzrə fəlsəfə doktorları Z.Xasıyev,K.İmamquliyeva, T.Quliyev, Q.Hüseynova vurğuladılar ki, Məmməd Cəfərzadənin xidməti ondan ibarətdir ki, o çətin bir sahənin – Azərbaycan dili dialekt sintaksisinin tədqiqi ilə məşğul olmuşdur. Əsər həqiqi mənada əsl tədqiqat əsəridir.

Mətbuat xidmətinin rəhbəri dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.