Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
3.6.2016

“Sədi Şirazi dünyası” mövzusunda beynəlxalq elmi konfrans keçirildi

    İyunun 1-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Sədi Şirazi dünyası” mövzusunda beynəlxalq elmi konfrans keçirildi.

    Əvvəlcə kitabxananın foyesində böyük fars şairi və mütəfəkkiri Sədi Şirazinin həyat və yaradıcılığına həsr olunan sərgi nümayiş etdirildi.

   Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan və İran arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrdən söz açdı. Ölkələrimiz arasında bu əməkdaşlığın əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edən akademik bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədi. O, bu cür tədbirlərin keçirilməsinin ölkələr arasında əlaqələrin genişləndirilməsinə, İslam dünyasında həmrəyliyin daha da gücləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi.

    Böyük fars şairi və mütəfəkkiri Sədi Şirazinin yaradıcılığı barədə ətraflı məlumat verən akademik İsa Həbibbəyli bildirdi ki, Sədini bütün dünyada məşhur edən, əsas etibarilə 1257 və 1258-ci illərdə yazdığı iki, çox da böyük olmayan “Bustan” və “Gülüstan” kitablarıdır. Bu əsərlər indi də dünya ədəbiyyatı xəzinəsinin incilərindən sayılır. "Bustan" lirik janrda yazılmış islami nəsihətlərdən, dini baxımdan ədliyyə, təvəzökarlıq, bərabərlik kimi keyfiyyətlərin tərifindən ibarətdir. Bundan savayı əsər dərviş mədəniyyəti haqqında məlumat verir. "Gülüstan" əsəri isə epik formada təqdim edilmiş əhvalatlardan, lətifələrdən, hikmətli sözlərdən, məsləhətlərdən və qısa şeirlərdən ibarətdir.

    AMEA-nın vitse-prezidenti qeyd etdi ki, şair insanlar arasında dostluq, sülh və birlik ideyalarını, xeyirxahlıq, səxavət, sadəlik, təvazökarlıq, ədəb, nəzakət kimi nəcib insani keyfiyyətləri tərənnüm etmişdir.

    Vurğulandı ki, dünya ədəbiyyatının, o cümlədən farsdilli ədəbiyyatın görkəmli nümayəndəsi Sədi Şiraziyə həsr olunan konfransların üç ildən bir keçirilməsi nəzərdə tutulur.

    Tədbirdə İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin bildirdi ki, orta əsrlər fars ədəbiyyatının, qəzəl janrının ən görkəmli nümayəndələrindən olan Sədi Şirazinin əsərləri dünya ədəbiyyatında həm keyfiyyəti, həm də daşıdığı dərin ictimai-sosial əhəmiyyətinə görə yüksək dəyərləndirilir.

    Bakıdakı İran Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimli İran mədəniyyətinə böyük təsir göstərmiş, dünya ədəbiyyatında və fəlsəfi fikrində özünəməxsus yer tutmuş şair və mütəfəkkirin yaradıcılığının müxtəlif cəhətlərindən söhbət açdı.

    Konfransda Azərbaycan və İran alimlərinin “Sədi Şirazi yaradıcılığının Azərbaycan ədəbiyyatında izləri”, “Sədi Şirazi yaradıcılığının bəzi məqamları”, “Sədi Şirazi yaradıcılığında qəsidə janrı” və digər mövzularda məruzələri dinlənildi, müzakirələr aparıldı.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.