Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
1.3.2013

Dilin adı nədir? Azərbaycan dili, Azəri dili, Azərbaycan türkcəsi, yoxsa Türk dili?

Fevralın 27-də Azadlıq Radiosunun “Pen klub” proqramındakı debata keçmiş təhsil naziri, professor Firidun Cəlilov ilə Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun rəhbəri Fəxrəddin Veysəlli və telefonla professorlar Kamil Vəli Nərimanoğlu, Rəhman Bədəlov və İsmayıl Məmmədov qatılaraq “Dilin adı nədir? Azərbaycan dili, Azəri dili, Azərbaycan türkcəsi, yoxsa Türk dili?” mövzusunda düşüncələrini bölüşüblər.

Dilçilik İnstitutunun rəhbəri Fəxrəddin Veysəlli adıçəkilən məsələyə belə münasibət bildirib: “Burada bir anlaşılmazlıq var. Dilimiz “türk dili” adlandırılarsa, Türkiyə türkcəsi ilə bizim dil arasındakı fərqi müəyyənləşdirmək çətin olacaq. Mən hesab edirəm ki, tarix keçdikcə, hər hansı söz yeni mənalar, kontekst kəsb edir. O baxımdan “Azəri dili” deyə bilərik, bu o demək deyil ki, dilimizi fars kökənli terminə bağlayacağıq. Bu gün biz dilin adını “Azər dili” kimi qəbul etsək, anlaşılmazlıq olmaz. Ancaq hər halda, geniş müzakirə olunmalıdır, dilin adı elmi şəkildə əsaslandırılmalıdır və konsensusa gəlinməlidir. Razıyam ki, indiki şəraitdə “azərbaycanlı”, ya da “Azərbaycan dili” sözü işlətmək düz deyil.
Biz onsuz da yazılarımızda “Azərbaycan türkcəsi”, “türk xalqı” ifadələrini işlədirik. Elmi cəhətdən elə böyük problem görmürəm ki, bunu dərhal həll etməli olaq.
Biz milli mənsubiyyətimizi müəyyənləşdiririk. Bir var özümüz adımızı deyirik, bir də var qıraqdakılar. Hazırda dünyada biz hər yerdə dövlət dili kimi “Azərbaycan dili” yazdırmışıq. Adımızı dəyişsək bunun axırı nə olar? Bu təhlükəli işdir.”

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.