Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
25.5.2016

Astanada "Böyük Çöl" Birinci Sosial Elmlər forumu

    23 may 2016-cı ildə Türkdilli ölkələrin müstəqillliyinin bərpa olunmasın 25 illiyinə və Türk yazısı gününə həsr olunmuş "Böyük Çöl" Birinci Sosial Elmlər forumu öz işinə başlayıb. Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Qazaxıstanın Astana şəhərində keçirilən forumda Qazaxıstan Respublikasının Dövlət katibi Gülşara Abdıkalikova, Türkiyə Elmlər Akademiyasının prezidenti Ahmed Cavad Acar, Türkiyənin UNESKO üzrə Milli Komissiyasının sədri Ocal Oğuz və eləcə də, dünyanın 20 ölkəsindən dəvət olunmuş türkoloqlar, iqtisadçılar, alimlər və siyasi-ictimai xadimlər iştirak ediblər.

    Tədbirdə Azərbaycanı Milli Məclisin deputatları AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli və Fəlsəfə doktoru Cavanşir Feyziyev, Azərbaycan İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, Nəsimi adına Dilçilik İnstitutunun director vəzifəsini icra edən AEMA-nın müxbir üzvü Möhsün Nağısoylu, Azərbaycan Respublikasının Qazaxıstandakı səfiri Rəşad Məmmədov təmsil edirdi.

    Qonaqlara əvvəlcə Beynəlxalq Türk akademiyasının təşkil etdiyi kitab sərgisi təqdim olundu. Akademiyanın çap etdiyi 50-dən çox kitabların sırasında Azərbaycan MM-nin deputatı Cavanşir Feyziyevin qazax dilində nəşr olunmuş "Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli" adlı kitabı forum iştirakçılarının geniş marağına səbəb oldu.

    Türk dünyasına tövhələr vermiş, xalqlar arasında humanitar əlaqələrin möhkəmləndirilməsində önəmli rol oynayan görkəmli qazax yazıçısı Oljas Süleymenova, Özbəkistan Elmlər Akademiyasının akademiki Əhmədalı Əsgərova, Türk Şurasının Ağsaqqallar şurasının sədri Adil Axmetova, Moskva Dövlət Universitetinin Afrika və Asiya ölkələri İnstitutunun professoru Dmitriy Mixayloviç Vasiliyevə TWESCO-nun Qızıl medalı təqdim olundu. Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Oljas Süleymenovun 80 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladığı təbrik məktubunu və Fəxri Diplomu yazıçıya təqdim etdi.

    Türk dövlətlərinin Müstəqilliyinin 25 illiyi, İlk Bakı Türkoloji Qurultayıının keçirilməsinin 90 illiyi və eləcə də türk dünyasının əfsanəvi sufi alimi Xoca Əhməd Yassəvinin dünyadan köçməsinin 850 illiyi və Əhməd Balasaqunun 1000 illiyinə həsr olunmuş panel müzakirələrində Amerika, Almaniya, Yaponiya, Çin, Cənubi Koreya, Türkiyə, MDB ölkələri və Böyük Britaniyadan gəlmiş 200-dən çox alim və türk dünyasının tədqiqatçıları iştirak edirdi. İlk panel iclasında çıxış edən Azərbaycan Milli Məclisinin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyev müasir dünyamızda gedən qloballaşma proseslərində türkdilli ölkələr qarşısında dayanan əsas problem və vəzifələrdən danışdı. Millət vəkili müasir dövrün çağırışlarına adekvat cavab verə bilmək üçün türkdilli ölkələr arasında inteqrasiya proseslərinin gücləndirilməsi zərurətini önə çəkdi və yeni şəraitdə türkdilli ölkələr qarşısında dayanan problemlərin həlli üçün çıxış yolu ola biləcək tezislərini də Forum iştirakçılarının diqqətinə çatdırdı. Azərbaycan İqtisad Universitetinin rektoru, Türk dünyası İqtisadçılar Birliyinin sədri Ədalət Muradov məruzəsində Türk Dövlətləri Birliyi modelində türkdilli ölkələrin iqtisadi potensialının öyrənilməsi və bu ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğuladı.AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili İsa Həbibbəylinin moderatorluq etdiyi panel müzakirələrində tanınmış türkoloqların həyat və fəaliyyəti, onların dilçilk sistemində yaratdıqları məktəb və əsərlər haqqında verdiyi məlumatlar Forum iştirakçılarının marağına səbəb oldu. Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən proeffsor Möhsün Nağısoylu “Orta əsr Azərbaycan –türk tərcümə əsərləri dil tarixinin öyrənilməsində dəyərli mənbə kimi” adlı məruzə ilə çəxəş edib. Məruzə ortaq türk dili problemlərinə həsr olunmuşdur. Panellər arası fasilələrdə Azərbaycandan olan millət vəkilləri və türkoloq alimlər dünyanın bir çox ölkələrindən gəlmiş elm adamları ilə ikitərəfli görüşlər də keçirdilər.

Mətbuat xidmətinin rəhbəri dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.