Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
13.5.2016

Professor Möhsün Nağısoylu Türkiyənin Hacettepe Universitetində

(Azərbaycan lüğətçiliyi mövzusunda məruzə)

    11 mayda Türkiyənin Hacəttəpə Universiteti “Lüğətçiliyin Tətbiqi və Araşdırılması Mərkəzi”ndə “Azərbaycan lüğətçiliyi” mövzusunda konfrans keçirilib.

    Konfransda Nəsimi adına Dilçilik İnstitutunun direktor vəzifəsini icra edən AMEA-nın müxbir üzvü, professor Möhsün Nağısoylu iştirak edib. M.Nağısoylunun bu simpoziumda iştirakı Hacəttəpə Universiteti Çağdaş Türk dili və Ədəbiyyatı bölümünün sədri professor Haluk Şükrü Akalının dəvətilə baş tutub.

    Tədbirdə professor M.Nağısoylu “Azərbaycan lüğətçiliyinin tarixinə bir baxış” mövzusunda çıxış etmişdir. O, məruzəsində XI əsrin lüğətşünası, şair Q.Təbrizinin “ Ət-təfasir” adlı fars dilinin lüğətindən başlamış türkdilli lüğətlərə qədər məlumat verib. Bununla yanaşı, M.Nağısoylu çıxışında türkcə-farsca lüğətlər, farsca-türkcə lüğətlər, Azərbaycan dilinin İzahlı lüğətindən də bəhs edib.

    Həmçinin professor XIX əsr Rusca-türkcə lüğətlər haqqında da söhbət açmışdır. Vurğulamışdır ki, Sultan Məcid Qənizadənin 1897-ci ildə Bakıda çap etdirdiyi “Rusca-türkcə lüğət”ində xalq dilindən keçən sözlərin yer alması diqqətedici məqamlardandır. S.M.Qənizadə sonradan bu lüğəti genişləndirmiş, 1909, 1922-ci illərdə yenidən çap etdirmişdir.

    Sonra M.Nağısoylu Dilçilik İnstitutunun fəaliyyəti, görülən işlər barədə də məlumat verib. Həmçinin bu görüşdə Dilçilik İnstitutu ilə Hacəttəpə Universiteti arasında birgə əməkdaşlıq da öz əksini tapıb .

    Nəsimi adına Dilçilik İnstitutu çoxşaxəli beynəlxalq əməkdaşlığa, xüsusilə də qardaş Türkiyə Cümhuriyyətinin əksər tanınmış ali məktəbləri ilə dayanıqlı tərəfdaşlığa malikdir.

    Heyətlərarası görüşdə gələcək əməkdaşlıq məsələləri – müştərək konfransların keçirilməsi, elmi araşdırmalar aparılması, doktorantura təhsil pilləsi üzrə elmi-pedaqoji kadr mübadiləsi məsələləri müzakirə olunmuşdur.

Mətbuat xidmətinin rəhbəri: dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.