Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
6.5.2016

8-9 sentyabr 2016

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”

adlı beynəlxalq konfrans

TƏŞKİLATÇILAR:

Azərbaycan Respublikası müxtəlif dinləri və mədəniyyətləri təmsil edən bir çox xalqların dostluq və qardaşlıq şəraitində yanaşı yaşadığı tolerant bir ölkədir. Azərbaycan əhalisinin əksəriyyəti türk mənşəli olsalar da, ruslar, molokanlar, yəhudilər, tatlar, saxurlar, udilər, talışlar, ləzgilər, laklar, avarlar, ingiloylar, kürdlər, rutullar, mesxeti türkləri, eləcə də xınalıq, hapıt, qırız, qurd dilinin daşıyıcısı olan xalqlar və etnik qruplar respublikanın bərabər hüquqlu vətəndaşlarıdır.

Azərbaycan Respublikası ərazisində İslam dininə məxsus icmalarla yanaşı, başqa dinlərə və təriqətlərə məxsus 20-dən artıq müxtəlif dini qurum, birlik və icmalar fəaliyyət göstərir, məsələn:

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası,

“Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası” dini qurumu

Azərbaycan Yəhudiləri dini icması,

Avropa Yəhudilərinin Bakı dini icması,

Bakı şəhəri Dağ Yəhudiləri dini icması,  

Bakı Krişna Şüuru dini icması,

“Yeni Həyat” Xristian İncil dini icması,

Bakı şəhəri “Molokan ruhani-xristian” dini icması,

Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması,

Gürcü Yəhudilərinin Bakı dini icması,

Bakı şəhəri Bəhai dini icması,

Xilaskar Yevangelik Lüteranların Bakı dini icması,

“Həyat sözü” Xristian dini icması.

Bunlar yalnız Bakı şəhərində fəaliyyət göstərən qeyri-müsəlman dini qurum və icmalardır. Sumqayıt və Gəncə şəhərlərində, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ, Quba və s. bölgələrdə də müxtəlif qeyri-islami dinlərə məxsus qurum və icmalar fəaliyyət göstərir.

Azərbaycan Respublikası müxtəlif mədəniyyətlərin yanaşı yaşadığı və bir-birini daxilən zənginləşdirdiyi multikultural bir ölkədir.

Azərbaycan tolerantlığından doğan multikulturalizm mühiti respublika ərazisində yaşayan xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradır.

Konfransın keçirilməsində əsas məqsəd Azərbaycanda yaşayan xalqların və etnik qrupların dilinin, dininin və mədəniyyətinin bugünkü vəziyyətini tədqiq etmək, onların gələcək inkişaf perspektivlərini müəyyənləşdirməkdir. Ümid edirik ki, bu konfrans Azərbaycan Multikulturalizminin bütün dünyaya tanıdılması işinə öz dəyərli töhfəsini verəcəkdir (Daha ətraflı bax: www. dilcilik.org ).

 

KONFRANSIN TƏŞKİLAT ŞURASI

TƏŞKİLAT ŞURASININ FƏXRİ ÜZVLƏRİ

Akif Əlizadə (AMEA-nın prezidenti, Elmlər Akademiyasının həqiqi üzvü, g eologiya-mineralogiya elmləri doktoru,  professor)

Kamal Abdullayev (Millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, Elmlər Akademiyasının həqiqi üzvü, filologiya üzrə elmlər doktoru, professor)

İsa Həbibbəyli (AMEA-nın Vitse-Prezidenti, Elmlər Akademiyasının həqiqi üzvü, filologiya üzrə elmlər doktoru, professor)

Teymur Kərimli (AMEA Humanitar Elmlər bölməsinin Akademik katibi, Elmlər Akademiyasının həqiqi üzvü, filologiya üzrə elmlər doktoru, professor)

 

KONFRANSIN TƏŞKİLATÇILARI:

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu

(Akademiyanın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor Möhsün Nağısoylu)

Bakı Beynəlxalq Multikulturalizm mərkəzi

(Filologiya üzrə elmlər doktoru, professor Azad Məmmədov)

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

( Tarix üzrə fəlsəfə doktoru , dosent Mübariz Qurbanlı)

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu

( Pedaqogika üzrə fəlsəfə doktoru , dosent Oktay Səmədov)

 

KONFRANSIN KOORDİNASİYA ŞURASI:

Layihənin müəllifi və baş koordinatoru – Mayıl B. Əsgərov (filologiya üzrə elmlər doktoru, AMEA Dilçilik İnstitutu Sosiolinqvistika və Dil siyasəti şöbəsinin müdiri)

Koordinator – Gülrux Həsənova (filologiya üzrə fəlsəfə doktoru, AMEA Dilçilik İnstitutu, Sosiolinqvistika və Dil siyasəti şöbəsinin böyük elmi işçisi)

Koordinator – Rəşad İlyasov  (Bakı Beynəlxalq Multikul­tu­ra­lizm Mərkəzinin baş məsləhətçisi, fəlsəfə üzrə fəlsəfə doktoru)

Koordinator – Gündüz İsmayılov (Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini)

Koordinator – Ceyhun Musayev (Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Perspektiv inkişaf və layihələrin monitorinqi qrupunun baş məsləhətçisi və mətbuat katibi) 

 

KONFRANSDA İŞTİRAK ŞƏRTLƏRİ

Konfransın tematik bölmələrindən (seksiyalarından) hər hansı birinə uyğun şəkildə yazılmış məruzə (panel) mətni qəbul olunaraq adı konfransın proqramına daxil edilən şəxslər konfransda məruzəçi kimi iştirak edə bilərlər.

Ölkə daxilindən və xaricindən bu konfransda iştirak etmək istəyən şəxslərin heç bir iştirak xərci ödəməsinə ehtiyac yoxdur (amma yol, mehmanxana və yemək məsrəfləri iştirakçıların öz hesabınadır).

Məruzə mətnləri qəbul edilərək adları konfrans proqramına daxil edilən iştirakçıların məruzə mətnləri konfrans təşkilatçılarının hesabına konfransın toplusunda çap olunacaqdır. Məruzələr toplusu konfransın açılış günü həm toplu (jurnal) şəklində iştirakçılara təqdim ediləcək, həm də PDF formatda internetdə onlayn olaraq yayımlanacaqdır.

Konfrans iştirakçılarına məruzə etdikləri gün “İŞTİRAK SERTİFİKATI” və xatirə hədiyyələri təqdim olunacaqdır.

Məruzə (panel) mətnlərini HAZIRLANMA QAYDASI-na uyğun şəkildə hazırlayaraq MÜRACİƏT FORMASI ilə birlikdə VACİB TARİXLƏR bölməsində qeyd edilən günə qədər konfransın koordinasiya şurasının e-mail ünvanına ( konfrans@yandex.ru ) göndərmək lazımdır.

VACİB TARİXLƏR bölməsində qeyd edilən tarixlərdən sonra göndərilən və HAZIRLANMA QAYDASI-na uyğun olmayan məruzə (panel) mətnləri diqqətə alınmayacaqdır .

VACİB TARİXLƏR:

Məruzələrin tam mətninin təqdim olunması üçün son tarix

2 5.06.2016

Konfrans proqramının elan edilməsi tarixi

25.0 7 .2016

KONFRANS TARİXLƏRİ

8-9.09.2016

Konfransın açılışı , rəsmi salamlamalar, plenar iclas

8.09.2016

Bölmələr üzrə iclasların davamı və qapanış

9.09.2016

 

TEMATİK BÖLMƏLƏR (SEKSİYALAR): 

•  Azərbaycanda yaşayan xalqların və etnik qrupların dili;

•  Azərbaycanda yaşayan xalqların və etnik qrupların folkloru, ədəbiyyatı, maddi mədəniyyəti, tətbiqi sənəti;

•  Azərbaycanda yaşayan xalqların və etnik qrupların dilinin, dininin və mədəniyyətinin inkişafı ilə bağlı aparılan dövlət siyasəti – Azərbaycan tolerantlığı və multikulturalizmi;

•  Müxtəlif ölkələrdə milli azlıqların, azsaylı xalqların və etnik qrupların dilinin, dininin və mədəniyyətinin inkişafı ilə bağlı aparılan dövlət siyasəti;

•  Psixolinqvistikanın və sosiolinqvistikanın aktual problemləri.

 

KONFRANSDA İŞTİRAK ETMƏK ÜÇÜN MÜRACİƏT FORMASI 

Adı

 

Soyadı

 

Elmi dərəcəsi və elmi adı (varsa)

 

Təmsil etdiyi müəssisə, orqan

 

Vəzifəsi

 

Məruzənin aid olduğu bölmə (seksiya)

 

Məruzənin adı

 

Mobil telefonu

 

Ünvanı (poçt indeksi göstərilməklə)

 

E-mail adresi (mütləq)

 

MƏRUZƏ (PANEL) MƏTNLƏRİNİN HAZIRLANMASI QAYDASI

Məruzə (panel) mətnləri Azərbaycan, türk, rus və ingilis dillərində qəbul olunur. Məruzə mətni soldan 1,5 sm, sağdan 2 sm, yuxarıdan 2,5 sm, aşağıdan 2 sm olmaqla A4 formatda, TİMES NEW ROMAN şrifti ilə, 12 ölçüdə, 1 intervalla yazılır. Məruzə (panel) mətninin həcmi 5 səhifəyə qədər ola bilər.

İlk səhifənin yuxarı sağ küncündə 1-ci sətirdə müəllifin adı və soyadı, elmi dərəcəsi və elmi adı, 2-ci sətirdə iş yeri və vəzifəsi, 3-cü sətirdə e-mail ünvanı göstərilir. Növbəti sətir boş buraxılır. Məruzə mətninin adı BAŞ HƏRFLƏRLƏ qara şriftlə 12 ölçüdə, 1 intervalla ortada yazılır. Başlıqdan sonra bir sətir boş buraxılır və növbəti sətirdən məruzə mətninin yazıldığı dildən asılı olaraq iki dildə (Azərbaycan-ingilis, türk-ingilis və ya rus-ingilis) 5-6 açar söz, sonda isə, istifadə olunmuş ədəbiyyat siyahısı və mətnin dilindən asılı olaraq, iki dildə (5 sətirdən artıq olmamaq şərti ilə) xülasə verilir (İngilis dilində yazılan məruzə (panel) mətni üçün ingilis dili ilə yanaşı Azərbaycan, türk və ya rus dillərindən birində açar sözlər və xülasə verilir).

Ədəbiyyat siyahısına yalnız məruzə mətnində istinad edilən əsərlər daxil edilir və ədəbiyyat siyahısı əlifba sıyahısına uyğun tərtib olunur. İstinadların ilk rəqəmi ədəbiyyatın sıra nömrəsini [4], ikinci rəqəmi isə istinad olunan fikrin əsərdəki səhifə nömrəsini göstərir, məsələn: [4, s. 46]. Məruzə (panel) mətni Word formatda, elektron variantda ƏLAVƏ fayl şəklində VACİB TARİXLƏR bölməsində göstərilən tarixə qədər konfrans@yandex.ru ünvanına göndərilir.

Konfransda panel mətni ilə iştirak edəcək şəxslər öz məruzələrini bu qaydalara uyğun şəkildə hazırlayıb nəşr olunması üçün VACİB TARİXLƏR bölməsində göstərilən vaxta qədər konfrans@yandex.ru ünvanına göndərməklə yanaşı onun əsas tezislərini A 3 ölçülü kağızda TİMES NEW ROMAN şrifti ilə, 24 ölçüdə çap edərək iclas-sərgi salonuna gətirir, onlar üçün ayrılmış lövhəyə asır, təyin edilən vaxtda məruzə mətninin yanında olub izahat verir və dinləyicilərin suallarını cavablandırır.

Bu şərtlərə əməl edilmədən göndərilən məruzə (panel) mətnləri diqqətə alınmayacaqdır .

Təşkilatçıların məzmun və mahiyyət baxımından onları qane etməyən məruzə (panel) mətnlərini konfransın proqramına daxil etməmək hüququ vardır.  

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.