Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

22.2.2013

Əməkdaşlarımız Avropa Azərbaycan Məktəbi Fikir mübadiləsi klubunun qonağı olublar

Beynəlxalq Ana dili Günü münasibətilə keçirilən görüşü Avropa Azərbaycan Məktəbinin direktoru Amalya xanım Sezgin açmışdır.
AMEA-nın Dilçilik İnstitutunun direktor əvəzi filologiya üzrə elmlər doktoru, professor Fəxrəddin Veysəlli rəhbəri olduğu müəssisənin gördüyü işlər haqqında AAM-in müəllim və şagirdlərinə bilgi verib. Professor AMEA-nın qonşuluğunda yerləşən məktəb ilə fikir mübadiləsinə çağırıldıqlarından çox məmnun olduqlarını bildirib. Görüşdə iki müəssisə arasında əməkdaşlığın gücləndirilməsi qərara alınıb. Bildirilib ki, məktəbə ardıcıl olaraq institutun elmi jurnalları və əməkdaşların yeni elmi-tədqiqat əsərləri göndəriləcək.
Şagirdlər “Orfoqrafiya lüğəti”nin yeni nəşrinin sürətləndirilməsinin önəmindən söz açıblar. Görüşdə ədəbi dilimizin inkişafında böyük rolu olan “Orfoepiya lüğəti”nin gərəkliyindən danışılıb və bu sahədə işlərin gecikməsindən narahatlıq dilə gətirilib.
Görüşdə AMEA əməkdaşlarının orta məktəb dərsliklərinin hazırlanmasında aparıcı rol oynamasının vacibliyi vurğulanıb. Məktəb kollektivinin bu təklifi alimlər tərəfindən fəaliyyət birliyinə razılıq kimi qarşılanıb.
Filologiya üzrə elmlər doktorları İsmayıl Kazımov və İlham Tahirov şagirdlərin çoxsaylı suallarına cavab veriblər.
Görüşün sonunda Beynəlxalq Ana Dili Günü münasibətilə AAM-də "Ana dili-milli sərvətimizdir" mövzusunda keçirilmiş esse müsabiqəsinin qaliblərinə Fəxri Fərman və qiymətli hədiyyələr verilib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.