Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
EN
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
27.4.2016

Dilçilik İnstitutunda Litva Dövlət Pedaqoji Universitetinin professoru Vidas Kavahauskas ilə görüş

27 apreldə AMEA nın Nəsimi adına Dilçilik İnstitutunda Litva Dövlət Pedaqoji Universitetinin professoru Vidas Kavahauskas ilə görüş keçirilib.

Dilçilik İnstitutunun direktor vəzifəsini icra edən AMEA-nın müxbir üzvü, professor M.Nağısoylu Azərbaycanla Litva arasında əməkdaşlıq əlaqələrindən danışdı. M.Nağısoylu institutun tarixi, inkişaf yolu, elmi istiqamətləri barədə qonağa məlumat verdi. İnstitutut rəhbəri elmi-tədqiqat müəssisəsinin fəaliyyətində beynəlxalq əlaqələrə xüsusi diqqət yetirdiyini söyləydi.

Professor Vidas Kavahauskas institutda olmaqdan məmnunluğunu ifadə etdi. Elm və təhsilin vəhdətini dəyərləndirən professor elmi müəssisələrdə innovativ bilik və təcrübə əldə etməyin mümkünlüyündən danışdı. Proefssor iki ölkə arasında elmi-mədəni əməkdaşlığın bundan sonra davam etdirilməsinin vacibliyini vurğuladı.

Görüş zamanı bir sıra məsələlər ətrafında aparılan fikir mübadiləsində Dilçilik İnstitutunun direktor müavini, dosent Baba Məhərrəmli, elmi katib, dosent Aynel Məşədiyeva, mətbuat xidmətinin rəhbəri Təranə Şükürlü, şöbə müdirləri Q.Kazımov, M.Əskərov, K.İmamquliyeva, İ.Abbasov, K.Vəliyeva, S.Sadıqova, İ.Kazımov və Bilik Fondunun əməkdaşları da iştirak ediblər.

Mətbuat xidməti

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.