Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
25.4.2016

Elmi Şura

22 apreldə AMEA –nın Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
İclasın gündəliyində bir sıra məsələlər öz əksinə tapıb.
İlkin məsələ şöbələrdə elmi tədqiqat işlərinin yerinə yetirilməsinin rüblük vəziyyəti- şöbə müdirlərinin məlumatı idi. 2016-cı ilin ETİ-nin yerinə yetirilməsinin rüblük vəziyyəti barədə şöbə müdirləri M.Nağısoylu, O.Musayev, İ.Kazımov, M.Əsgərov, S.Sadıqova, İ.Cəfərsoy, K.Vəliyeva, K.İmamquliyeva məlumat verdilər. Şöbələrdə rüblük vəziyyət müzakirə olunmuş, əməkdaşlar 3 aylıq hesabatlarını təqdim etmişlər.
“Tətbiqi dilçilik” şöbəsinin müdiri professor İsmayıl Məmmədli bildirdi ki, “Azərbaycan dilinin böyük izahlı lüğət”i plan işi kimi yazılır.
“Dialektologiya” şöbəsinin müdiri “Qarabağ dialektoloji atlasının” yazılması və may ayında əməkdaşların ezamiyyətindən bəhs etdi.


Sonra Elmi Şuranın tərkibində dəyişikliklər müzakirə edildi. Akademik Kamal Mehdi oğlu Abdulla “Türkologiya” jurnalının baş redaktoru vəzifəsinə təyin olunduğuna görə institutun Elmi Şurasının tərkibinə daxil edildi.
Filologiya üzrə elmlər doktoru Tünzalə Baxşiyeva da Elmi Şuranın üzvü seçildi.
Sonra “Orfoqrafiya” lüğətinin növbəti nəşri müzakirə edildi. Dilçilik İnstitutunun direktor əvəzi vəzifəsini icra edən AMEA-nın müxbir üzvü, professor M.Nağısoylu bildirdi ki, Orfoqrafiya lüğəti Dilçilik İnstitutu tərəfindən yazılmalıdır. Bu lüğəti əvvəlcədən Dilçilik İnstitutu yazıb, bundan sonra da yazacaq.
“İnstitutun Təhsil şöbəsi”nin yaradılması da Elmi Şuranın gündəliyində müzakirə
edildi. İnstitutda magistr təhsili olduğu üçün Təhsil şöbəsinin yaradılması məqsədəuyğundur. Filologiya elmləri doktoru İlhami Cəfərsoy Təhsil şöbəsinin müdiri təyin olundu.
Azərbaycan dilinin tarixi şöbəsinin aparıcı elmi işçisi Teyyub Quliyev və “Müasir Azərbaycan dili” şöbəsinin aparıcı elmi işçisi Elçin İsmayılova dosent elmi adının verilməsi barədə də Elmi Şura vəsatət qaldırdı.. Gizli səsvermənin keçirilməsi üçün İsmayıl Məmmədli, Kifayət İmamquliyeva və Cahid Kazımovdan ibarət hesablayıcı komissiya yaradıldı.
Sonda Elmi Şura öz işinə yekun vurdu.

Mətbuat xidmətinin rəhbəri: dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.