Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
19.4.2016

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun kitabxanası elektronlaşdırılır

    Azərbaycan Milli Elmlər Akademiyası ilə bir gündə – 27 mart 1945-ci ildə yaradılmış və həmin ilin 21 may tarixində İctimai Elmlər Bölməsində fəaliyyətə başlamış dörd elmi - tədqiqat institu tu ndan biri olan Nəsimi adına Dilçilik İnstitutu 1973-cü ildən görkəmli Azərbaycan şairi Nəsiminin adını daşıyır.

    İnstitutun yaranması həm də onun kitabxanasının yaranmasını zərurətə çevirdi. Bu zərurətdən də 1973-cü ildə institutun kitabxanası yaradıldı. Kitabxanada dünya dilçilik elminin tarixini və inkişaf meyillərini özündə əks etdirən, Azərbaycan dilinin tarixini, əhəmiyyətini, inkişaf perspektivlərini müəyyənləşdirən, müasir dilçilik metodlarının tədqiq edilməsini, müasir dilçilik cərəyan və məktəblərinin hərtərəfli öyrənilməsini, nəzəri dilçiliyin tədqiqini, Azərbaycan dilinin müasir qrammatikasını özündə əks etdirən lüğətlərin: izahlı, orfoqrafiya, orfofoniya, ikidilli və çoxdilli tərcümə lüğətləri, etimoloji və frazeoloji lüğətlərin toplandığı kitabxana oxucularına və yüksək ixtisaslı kadrların hazırlanmasına xidmət göstərməkdədir. Həmçinin, burada Azərbaycan dilinin və dilçiliyinin inkişafı ilə bağlı, dialekt və şivələrin termin və dillərin mənimsənilmə prinsiplərini özündə əks etdirən çoxsaylı materiallar da toplanmışdır.

    Bundan başqa, kitabxanada Azərbaycan dilinin inkişafı ilə bağlı Ümummilli liderimiz Heydər Əliyevin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman (2001-ci il), “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun (30 sentyabr 2002-ci il), “1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” (9 avqust, 2001-ci il) kimi fərman və sərəncamlar, eləcə də Onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam (12 yanvar, 2004-cü il), “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” Sərəncam (13 yanvar, 2004-cü il), “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam (9 aprel, 2013-cü il) kimi sənədlər də toplanmışdır. Bu rəhbər sənədlərdən irəli gələn mühüm tələblər kollektiv tərəfindən öyrənilir və müasir texnologiyaların kitabxananın işinə tətbiq olunması nəticəsində oxuculara xidmət göstərilir. Belə ki, Dövlət Proqramının icrasına dair Tədbirlər Planının icrası ilə əlaqədar kitabxananın fondunda saxlanılan ədəbiyyatın internet portalının, elektron kataloqunun və elektron kitabxanasının yaradılması müasir tələblərə uyğun şəkildə aparılır. Kitabxananın zəngin xəzinəsində saxlanılan müxtəlif mövzulara dair kitabların toplandığı fonddan istifadəni asanlaşdırmaq məqsədi ilə kitabxananın elektron kataloqunun yaradılması işinə başlanmışdır. Elektron kataloqun yaradılması AMEA-nın Mərkəzi Elmi Kitabxanasında istifadə olunan avtomatlaşdırılmış kitabxana-informasiya sistemi vasitəsi ilə həyata keçirilir.

    Kitabxanada bu günə qədər 8300 çap kitabı yeni standartlar əsasında işlənmiş və elektron kataloqun bazasına daxil edilmişdir.

    Onu da qeyd edək ki, kitabxana kollektivi müəlliflərlə əlaqə yaradaraq, dilçiliyin müxtəlif problemlərinə dair müasir mövzularda yazılmış əsərlərin elektron əlavələrini əldə edərək, elektron kataloqa daxil etməkdədir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.