Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
1.4.2016

AMEA-nın Dilçilik İnstitutu “Orta məktəb dərsliklərinin dili” mövzusunda konfrans keçirib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu “Azərbaycan dilinin zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq “Orta məktəb dərsliklərinin dili: norma və üslub problemləri” mövzusunda konfrans keçirib.

Mətbuat konfransını giriş sözü ilə İnstitutun direktoru vəzifəsini icra edən AMEA-nın müxbir üzvü, prof. Möhsün Nağısoylu açaraq dillə bağlı “Dövlət Proqramı”nın yerinə yetirilməsi sahəsində görülən işlərdən söz açıb.

Monitorinq şöbəsinin müdiri prof. Q.Məhərrəmli ədəbi dilin müxtəlif sahələrdə işlənməsinin özəllikləri, mövcud problemlər və yol verilən xarakterik nöqsanlar haqqında danışıb. O, göstərilən sahələrdə dil nöqsanlarının aradan qaldırılmasında monitorinqlərin əhəmiyyətini xüsusi qeyd edib.

Dərsliklərin dilində fonetik, leksik və qrammatik normaların pozulması hallarına da tez-tez rast gəlmək olur. Durğu işarələrinin bəzi hallarda buraxılması, söz sırasının pozulması, sözlərin yerində düzgün işlədilməməsi, morfoloji əlamət və sintaktik vasitələrdən düzgün istifadə olunmaması, fikir mücərrədliyi və s. dərsliyin dilində rast gəlinən əsas norma pozuntularıdır.

8-ci sinif “Azərbaycan dili” dərsliyi haqqında Monitorinq şöbəsinin aparıcı elmi işçisi, dos. Şahlar Məmmədov çıxış edib. 8-ci sinif üçün “İnformatika” dərsliyi barədə İnstitutun aparıcı elmi işçisi, dos. Rasim Heydərov, 7-ci sinif “Tarix” dərsliyi barədə Pərvin Eyvazov danışıb.

Mətbuat konfransında mövcud nöqsanların aradan qaldırılması ilə bağlı təkliflər də səsləndirilib. Sonda mətbuat konfransının təşkilatçıları KİV nümayəndələrinin suallarını cavablandırıblar.

Mətbuat xidməti

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.