Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
7.3.2016

İsmayıl Kazımov "Azərbaycan dilinin intensivlik qrammatikası" mövzusunda çıxış edib

 Nəsimi adına Dilçilik İnstitutunun Elmi seminarında “Müasir Azərbaycan dili” şöbəsinin müdiri, professor İsmayıl Kazımovun “Azərbaycan dilinin intensivlik qrammatikası” mövzusunda məruzəsi dinlənilib. Müəllif bu qrammatikanın strukturu, məzmunu və bu sahəni ifadə edən digər problemlərdən bəhs etmişdir. Məruzədə intensivliyin ümumdil, metadil xarakteri açılır, müəllif belə qənaətə gəlir ki, qrammatika üçün ümumi intensivlik prinsipi nitqin funksional sferasında gerçəkləşir. İntensivlik əlamətin inkişaf səviyyəsini müəyyənləşdirir, kəmiyyət əlamətinin dəyişməsi ilə səciyyələnir. Məruzədə intensivliyin leksik-qrammatik vasitələri sırasında şəkilçiləşmənin, müqayisə dərəcəsinin, sinonim sıranın, gücləndirici zərflərin, kvantor sözlərin; gücləndirici sabit birləşmələrin, sintaktik-konstruktiv təkrarların, parselyasiya hadisəsinin və s. rolu əsaslandırılır. Tədqiqat semantika və qrammatika problemlərinin sıx bağlı olduğunu meydana çıxarır.
    Mövzunun müzakirəsi qızğın polemikalar şəraitində keçmişdir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.