Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

8.2.2013

"Qanun qəbul olunsa, məncə, işlər sahmana düşər"

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli “Gündəlik Teleqraf”a açıqlamasında bildirdi ki, tanınmış simalar, əsasən də yaradıcı insanlar soyadlarını dəyişməyə bir qədər çəkinirlər: “Onlar çəkinirlər ki, indiyədək yazdıqları bir soyadda, bundan sonra yazacaqları başqa soyadda olacaq, imza qarışacaq. Mənim özümdə də belə bir problem olub, amma 10 il qabaq Veysəlov soyadını Veysəlli ilə əvəz etmişəm. Bunları sonra eyniləşdirmək problem yaradır. Digər məsələ isə ondan ibarətdir ki, təklif olunan variantlar müxtəlif olduğuna görə insanlar seçim qarşısında qalıb, bilmirlər hansı sonluqla bitən soyadı seçsinlər. “Lı” şəkilçisi var 4 cür, “zadə” var, “soy” var”.
“Zadə” sonluğunun türk mənşəli sonluq olmaması barədə iradlara münasibətini bildirən müsahibimiz deyir ki, variantlar çoxdur, ona görə seçim də müxtəlif olacaq: “Amma soyadların dəyişdirilməsindən sonra bəzi çalışan qurumlar ciddi maneə törədirlər. Məsələn, bir nəfərin soyadı əvvəllər Əhmədov olub, sonra dəyişdirib edib Əhmədli. Mənə deyir ki, köhnə sənəddə Əhmədov, yenidə Əhmədli görəndə qəbul etmirlər, doğum şəhadətnaməsini tələb edirlər. Bu insan onlara başa sala bilmir ki, mənə bu sənədi polis orqanı verib, təsdiqləyib, mən artıq Əhmədliyəm. Amma problem yenə qalır. Bu kimi əngəllər götürülsə daha yaxşı olar”.
Rusiyanın soyadları dəyişdirmə prosesini qısqanclıqla qarşıladığını deyən Fəxrəddin Veysəlli deyir ki, bu sahədə problem çoxdur və bir addımla həll olunacaq deyil: “Akademiya uzaqbaşı elmi cəhətdən prinsipləri işləyib hazırlaya və hansı variantın doğru olduğuna qərar verə bilər. Qanunverici orqan olmadığı üçün çox geniş imkanları da yoxdur. Bundan sonrası qanunverici orqandan asılıdır. Əgər qanun qəbul olunsa, məncə, işlər sahmana düşər. Çünki yeni doğulan uşaqlara illərdir milli soyadlar verilir. Bu, çox müsbət addımdır”.
Soyadlar haqqında qanun layihəsinin son durumu barədə isə məlumat almaq mümkün olmadı. Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərovla iki gün davamlı zənglərimizə rəğmən əlaqə saxlaya bilmədik. Komissiyanın məsləhətçiləri isə bu barədə heç nə bilmədiklərini dedilər.

Lalə Mehralı

"Gündəlik Teleqraf" qəzeti

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.