Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
21.2.2016

Yeni nəşrlər

    Dilçilik elminin müxtəlif sahələrinə aid məqalələri özündə əks etdirən “Tədqiqlər” jurnalının növbəti sayı işıq üzü görüb. Jurnalın yeni nömrəsinin ərsəyə gəlməsində filologiya üzrə elmlər doktoru Məhəbbət Mirzəliyevanın xidməti böyükdür. “Tədqiqlər” jurnalının bu nömrəsində dilçiliyin müxtəlif sahələri üzrə ziyalılarımızın apardıqları araşdırmalar öz əksini tapıb. Həmçinin jurnalınnın bu sayında Türkiyənin tanınmış alimi Şükrü Halük Akalının məqaləsi də işıq üzü görüb.

    “Azərbaycan dili və dilçiliyinin inkişafına dövlət qayğısı: Azərbaycan Respublikasının Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyindəki çıxışı ilə bağlı düşüncələr” Məhəbbət Mirzəliyeva və Ruslan Abdullayevin məqaləsində elmi müzakirəyə çıxarılmışdır. Müəlliflər bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında ” 2013-cü il və “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 23 may tarixli sərəncamları ölkədə dil siyasətinin uğurla həyata keçirilməsində mühüm fəaliyyət sənədləridir.

    Bu tarixi sənədlər Azərbaycan dilinin istifadə dairəsinin gündən-günə genişlənməsi, Azərbaycan dilçiliyinin müasir tələblərə cavab verməsi, dünya miqyasında tanınması üçün bizim qarşımıza mühüm vəzifələr qoyur. Biz dilçilərin qarşısında duran əsas məqsəd Dövlət Proqramının tam şəkildə gerçəkləşdirilməsini təmin etməkdir.

    Qətibə Mahmudovanın “VIII Beynəlxalq Dünya Dili Türkcə Simpoziumunda” adlı məqaləsi isə 2015-ci ilin oktyabr tarixində Türkiyənin Çanakkala şəhərində keçirilən konfransdan bəhs edir. Azərbaycan Milli Elmlər Aakdemiyası, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universitetin nümayəndə heyətinin iştirak etdiyi konfransda türkologiyanın müxtəlif sahələrinə aid məruzələri dinlənilmişdir.

   “Tədqiq”lər jurnalının “Ölüm sevinməsin qoy!” adlı hissəsində Dilçilik İnstitutunun direktorları vəzifəsində çalışmış akademik Ağamusa Axundov və akademik Tofiq Hacıyev haqqında məqalələr öz orijinallığı ilə seçilir.

   Akademik Ağamusa Axundov haqqında Məhəbbət Mirzəliyeva “Azərbaycan dili mənim taleyimdir” adlı məqaləsi çap olunmuşdur. M. Mirzəliyeva qeyd etmişdir ki, Azərbaycan dilçiliyinə uzanan yolda Ağamusa müəllimin zəngin elmi yaradıcılığı, monoqrafiya və dərslikləri gənc nəslin əlindən tutmuş, onları bu yolda inamla addımlamağa, elmin çətinliklərinə sinə gərməyə sövq etmişdir. A.Axundov həmişə gəncliyimizin fəxr ünvanı olmuşdur.

    Filologiya elmləri doktoru İlham Tahirov “Çağdaş Azərbaycan dilçiliyinin danılmaz lideri” məqaləsində vurğulamışdır ki, A.Axundov yazdığı hər bir əsərilə Azərbaycan dilçiliyinin problemlərinə toxunmuş, həmin problemlərin çözülməsi üçün yollar göstərmişdir. Ağamusa Axundov çağdaş Azərbaycan dilinin və dilçiliyinin inkişaf istiqamətlərini, meyillərini həssaslıqla duyan peşakar dilçi mütəxəssis və onun inkişaf perspektivlərini müəyyənləşdirmək istidarında olan nəhəng elm təşkilatçısı idi.

    Professor İsmayıl Məmmədli “Tofiq İsmayıl oğlu Hacıyev” adlı məqaləsində bildirmişdir ki, T.Hacıyevin elmi yaradıcılığı çoxşaxəli olsa da, ən sanballı əsərlərini ədəbi dil problemlərinin öyrənilməsinə həsr etmişdir. Akademik T.Hacıyev türkoloji dilçilikdə ədəbi dil tarixi üzrə nüfuzlu bir mütəxəssis sayılır. Qeyd etmişdir ki. onun türkologiya elmi və türk dünyası qarşısındakı xidmətləri təkcə Azərbaycan Respublikasında deyil, Türkiyə Cümhuriyyətində də yüksək qiymətləndirilmişdir. Vurğulamşdır ki, T.Hacıyev elmi-pedaqoji fəaliyyətini ömrünün sonunadək gənclik həvəsilə davam etdirmişdir. Onun əsərləri öz elmi irsilə gələcək nəslə örnək olacaq.

Epiloq

   İnsan dünyadan apardığı ilə deyil (onsuz da heç nə apara bilmir), dünyada qoyub getdikləri ilə güclüdür. Ömür boyu ölümə hazırlaşmaq elə bu deməkdir.
Vaxt hər şeyi köhnəltməyə, yox etməyə qadir olsa da, təkcə Nura və Kəlama bata bilmir.Sizin qələminizdən çıxmış, kitablara çevrilmiş Sözləriniz və ürəklərdə, düşüncələrdəki İşığınız həmişə qalacaq, əziz müəllimlərimiz!

Mətbuat xidmətinin rəhbəri dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.