Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi

Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası

 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
17.2.2016

Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib

    Fevralın 17-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutununda 21 fevral- Beynəlxalq Ana dili Gününə həsr olunmuş konfrans keçirilib.

    Tədbiri giriş sözü ilə Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu açaraq konfransın keçirilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycan dilinin dövlət dili kimi rəsmən tanınmasında Ümummilli lider Heydər Əliyevin xidmətlərini qeyd edən alim onun Azərbaycan dilinin inkişafına hər zaman böyük önəm verdiyini söyləyib. Dilimizin orijinallığının qorunub-saxlanması, inkişaf etdirilməsi və nüfuzunun yüksəldilməsinin dövlətin dilçilik sahəsində siyasətin əsas prinsipi olduğunu söyləyən alim, milli ideoloji prinsiplərin qorunmasının zəruriliyindən danışıb. Azərbaycan dilinin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən məqsədyönlü işlər haqqında məlumat verərək dilimizin tətbiqi işinin təkmilləşdirilməsi və s. ilə əlaqədar qəbul olunan sərəncamlardan irəli gələn vəzifələrin həlli istiqamətində görülən işlərin vacibliyini nəzərə çatdırıb. M.Nağısoylu cənab prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”a uyğun olaraq institutda müəyyən işlərin aparıldığını qeyd edib.

    Sonra çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov YUNESKO tərəfindən 21 fevral tarixinin Beynəlxalq Ana Dili Günü kimi təsdiq edilməsinin bütün dünyada ana dilinə diqqətin artırılmasına səbəb olduğunu nəzərə çatdırıb. Qeyd edib ki, bu əlamətdar günün keçirilməsi xalqların dil və mədəniyyətinin qorunması məqsədini daşıyır. Dünya azərbaycanlıları da yaşadıqları ölkələrdə bu əlamətdar günlə bağlı silsilə tədbirlər keçirirlər.

    Həmçinin N.Cəfərov qeyd etdi ki, biz dilimiz haqqında anamızın dili kimi yox, dövlətimizin dili kimi danışmalıyıq.Bu gün bizim dilimiz ən çox mətbuatda inkişaf edir. Son zamanlar KİV-nin dilini araşdırmaqla bağlı Monitorinq şöbəsinin yaradılması təqdirəlayiqdir.
ADPU-nun Filologiya fakültəsinin dekanı professor Buludxan Xəlilov isə bildirdi ki, millətin özü hansı taleyi yaşaşayıbsa, dil də o prosesi yaşayıb.Millətin taleyi dildən, dilin taleyi millətin taleyindən asılıdır.

    Azərbaycn xalqı dili hər zaman vətən komponenti kimi qoruyub saxlayıb.
Tədbirdə “Dilimizin qayğıları”, “Ana dili güvənc yerimizdir”, “Azərbaycan ədəbi dilinin qaynaqları”, “Müasir Azərbaycan dilində baş verən proseslər”, “Ana dilinin təbliğində müasir informasiya texnologiyalarının rolu” və s. mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

    Direktor müavini dosent Baba Məhərrəmli, professorlar: Sevil Mehdiyeva. İsmayıl Məmmədlinin çıxışları da maraqla dinlənilib. Onların çıxışlarında qeyd olunub ki, ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanunun qəbul edilməsi mühüm tarixi hadisə idi.
Tədbirdə vurğulanıb ki, Ana dilini qorumaq, inkişaf etdirmək hər bir vətəndaşın müqəddəs borcudur.

Mətbuat xidmətinin rəhbəri dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.