Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi

Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası

 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
15.2.2015

Dilçilik İnstitutunda "Qaynar xətt" sistemi sınaq fəaliyyətinə başlayıb

    Nəsimi adına Dilçilik İnstitutunda "Qaynar xətt" sistemi sınaq fəaliyyətinə başlayıb. Qaynar xətt"in tam fəaliyyətə başlaması texniki vəziyyətdən asılıdır: "Hazırda sınaq müddəti olsa da, sistem fəaliyyət göstərir və istənilən adam zəng edib məlumat verə və ala bilər.

    "Qaynar xətt" yeddirəqəmli və avtomatik sistemdir: "Qaynar xətt"in nömrəsi 012 538 06 37-dir, sistem 24 saat fasiləsiz işləyir. Hazırda burada 3 nəfər işləyir, Təranə Şükürlü və Rasim Heydərov rəhbər, Günel Həmidova isə operator vəzifəsini icra edir. Gələn zənglərin bəzilərini işçilər dərhal cavablandırır, elə suallar da var ki, onlar araşdırılıb, öyrənildikdən sonra cavab verilməlidir. Bütün zənglər qeydiyyata alınır. Zənglərin günlük, həftəlik, aylıq statistikası aparılacaq.

    "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair" Dövlət Proqramınına uyğun olaraq sistem vasitəsilə dil qüsurları ilə bağlı məsələlərə baxılacaq. Sistemdən həm də vətəndaşlarımızı Azərbaycan dili, dilçiliklə bağlı məsələlərlə məlumatlandırmaq üçün istifadə ediləcək.

    Qeyd edək ki, Dövlət Proqramının 6.1.5 bəndində Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmaması, reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə "Qaynar xətt"in yaradılması nəzərdə tutulub.

Mətbuat xidməti

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.