Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

8.2.2013

Azərbaycanda uşaqlara rus adlarının qoyulmasına icazə verilməyəcək

Bu ildən Azərbaycanda yeni adların qoyulmasına xüsusi nəzarət ediləcək.Bu barədə APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib. Onun sözlərinə görə, artıq bununla bağlı Terminologiya Komissiyası müvafiq dövlət qurumlarına təkliflər hazırlayıb: “Bir müddət əvvəl Azərbaycanda uşağa Cəllad adı qoymuşdular. Belə bir adın qoyulması nə dərəcədə uyğundur? Valideynlər belə ad qoyanda hara baxırlar?”

S. Sadıqova deyib ki, yaxın zamanlarda Terminologiya Komissiyasının nəzdində yaradılacaq Adlar və Soyadlar Bölməsi ölkədə mövcud olan adların tam siyahısını hazırlayacaq. Bu siyahı bütün VVAQ idarələrinə göndəriləcək: “Bizi iki və üç pilləli adların verilməsi daha çox narahat edirdi. Belə adların qoyulmasına icazə verilməyəcək. Mariya, Yekaterina, Olya, Alya kimi rus adlarının qoyulmasına da icazə verilməyəcək. Bununla yanaşı, əhali arasında maarifləndirmə də aparılacaq. Hazırda Ədliyyə Nazirliyinin adlar siyahısında 80 minə yaxın ad var. Xalq özü də ad yaradıcılığı ilə məşğuldur. İndiyə qədər Dəniz, Dərya, Yağmur, Uğur kimi adlar o qədər də yox idi. Amma bu adlar dildə yaxşı səslənir, onların verilməsində heç bir qəbahət yoxdur”.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.