Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
10.2.2016

Azərbaycan dilinin frazeologiya lügəti

    Fevralın 9-da Atatürk Mərkəzində “Azərbaycan dilinin frazeologiya lügəti”nin təqdimatı olub.

  Tədbirdə lüğətin elmi redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov yeni nəşr barədə məlumat verib. Frazeologiya sözlüyünün nəşr olunmasını dilçiliyimizdə mühüm hadisə adlandıran N.Cəfərov lüğəti hazırlayan Qulu Məhərrəmliyə, Rafiq İsmayılova və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşlarına minnətdarlığını bildirib.

    Bildirilib ki, frazeolojiya lüğətinin tərtib edilməsi ilə bağlı uzun illər müxtəlif cəhdlər göstərilib, bu sahədə bəzi uğurlar da olub. Ancaq ilk dəfədir ki, aydın tərtib prinsipləri və elmi cəhətdən düzgün əsaslandırılmış strukturu ilə fərqlənən nükəmməl sözlük ərsəyə gəlib. Burada frazeologiyanın hüdudları dəqiq müəyyənləşdirilib, sabit söz birləşmələri, mürəkkəb sözlər, tərkibi fellər, məcazlar, obrazlı ifadələrlə frazeologiya arasında münasibətlər aydınlaşdırılıb.

    Yeddi minədək frazeoloji ifadənin izahının verildiyi lüğət “Altun kitab” nəşriyyatında çap olunub.

    Tədbirdə çıxış edənlər frazeologiya lüğətini Azərbaycan dilçilik elminin mühüm nailiyyəti kimi səciyyələndirib, nəşrin məziyyətlərindən danışıblar. Vurğulanıb ki, lüğət ana dilimizin elektron resurslarının yaradılması işinə də böyük töhfə verəcək.

Mətbuat xidməti

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.