Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
10.2.2016

Dilçilik İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

    10 fevral tarixində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasın gündəliyində bir sıra məsələlər öz əksini tapıb. Müzakirəyə çıxarılan ilkin məsələ Şöbələrin əsasnamələrinin təsdiqi haqqında idi. Bildirildi ki, bütün şöbələr üzrə əsasnamələr hazır şəkildə elmi katibə təqdim olunub.

  Sonra Elmi Şuranın İş planının təsdiqi məsələsi gündəliyə çıxarılaraq müzakirə olundu. Buraya Gənc Alim və Mütəxəssislər Şurasının , Müdafiə Şurasının seminarının, Dissertasiya Şurasının və ayrı-ayı şöbələrin hesabatları daxil edildi.

   Elmi Şura akademik Tofiq Hacıyevin 80 illik və Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor Möhsün Nağısoylunun 70 illik yubileylərinin keçirilməsi üçün AMEA-nın Humanitar bölməsinə təqdimat məktubunun hazırlanmasını da gündəlikdə vurğuladı. Təklif olundu ki, AMEA-nın həqiqi üzvü Tofiq Hacıyevin ikicildlik məqalələr toplusu çap olunsun. Biblioqrafiyası tərtib olunsun və Elmi Sessiya keçirilsin.

    Professor Möhsün Nağısoylunun isə bircildlik məqalələr toplusunun nəşr olunması şura üzvləri tərəfindən təklif olundu.

  Sonra institutun direktor əvəzi vəzifəsini icra edən professor M.Nağısoylu bildirdi ki, 9 aprel 2013-cü il tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrasına xüsusi diqqət yetirilməlidir. Qeyd etdi ki, yaxın günlərdə Dövlət Proqramının müvafiq bəndinə uyğun olan “Qaynar xətt” fəaliyyətə başlayacaq.

    Bununla yanaşı, Elmi Şurada professorlar: Məsud Mahmudov, İlham Tahirov və Gənc Alim və Mütəxəssislər Şurasının sədri Cahid Kazımov çıxış etdilər.

Mətbuat xidmətinin rəhbəri: dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.