Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
2.2.2016

Gənclər günü münasibətilə Gənc Alim və Mütəxəssislər Şurasının iclası

  2 fevralda Nəsimi adına Dilçilik İnstitutunda Gənclər günü münasibətilə Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib.

    İclası giriş sözü ilə açan institutun direktor əvəzi vəzifəsini icra edən AMEA-nın müxbir üzvü, professor M.Nağısoylu bildirib ki, 20 ilə yaxındır ki, 2 fevral tarixi ölkədə Gənclər günü kimi qeyd edilir. Heç bir ölkədə Gənclər günü Azərbaycandakı kimi yüksək səviyyədə qeyd edilmir. Hər kəsə məlumdur ki, 2 fevral gününün Gənclər günü kimi qeyd edilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.Bu gün dövlətçiliyin inkişafında, ölkənin beynəlxalq nüfuzunun daha da artmasında Azərbaycan gəncliyinin üzərinə böyük məsuliyyət düşür. Daha sonra söylədi ki, Dilçilik İnstitutunun tarixində bir çox alimlər olub ki, onlar öz uğurlarını gənclik illərində qazanıblar. Akademik Ağamusa Axundov 24 , Tofiq Hacıyev 26 yaşında namizədlik dissertasiyaları müdafiə ediblər. Bu alimlər institutun tarixində dərin izlər buraxmış korifeylərdir”.

    Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasını sədri filologiya üzrə fəlsəfə doktoru Cahid Kazımov bu günün tarixindən bəhs etdi. Bildirib ki, cənab prezident İlham Əliyevin bu gün Azərbaycan gənclərinə diqqəti böyükdür. Biz onun etimadını doğrultmalı, dilçilik elmi sahəsində öz fəaliyyətimizi birləşdirməliyik.

    Sonra Gənc Alim və Mütəxəssislər Şurasını sədr müavini dosent Təranə Şükürlü çıxış edərək qeyd etdi ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Güc və qüvvətin, mübarizə və əzmin zirvədə olduğu bir dövrdür. Bizim gənclik illərimiz bu institutuda keçib. Biz öz sələflərimizdən hər zaman diqqət, qayğı görmüşük”.

    Sonra gənc alim Şəbnəm Həsənli bildirdi ki, bu gün həm də akademik Ağamusa Axundovun doğum günüdür. Ş.Həsənli A.Axundovun onun bu institututa gəlişi zamanı göstərdiyi qayğını xüsusilə vurğuladı.

    Həmçinin professor Sayalı Sadıqova, dosentlər Teyyub Quliyev, Elçin İsmayılov və institutun direktor müavini Baba Məhərrəmli tədbirdə çıxış etdilər.

Mətbuat xidmətinin rəhbəri: dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.