Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
24.1.2016

Kimlər gəldi, kimlər keçdi bu dünyadan?

    Kimlər gəlib keçmədi ki, bugünkü gənclikdən?
Keçən ilin son aylarında institutun direktoru akademik Tofiq Hacıyev, bu ilin ilk ayında isə Etibar müəllim...

   AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin baş elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Etibar Səftər oğlu İnanc yanvarın 23-də qəflətən dünyasını dəyişib.

   Etibar İnanc 1950-ci ildə noyabrın 8-də Bakıda anadan olmuşdur. O, uzun illərdir Nəsimi adına Dilçilik İnstitutunda elmi işçidən başlayaraq, şöbə müdiri vəzifəsinə qədər çalışıb. Etibar İnancın ömür yolu tək elmi yaradıcılığı ilə tamamlanmırdı. E.İnanc həm də Azərbaycan Dillər Universitetində pedaqoq işləyirdi.

   Bununla yanaşı o, “Azərbaycan dilində fitonimlərin müqayisəli-tarixi araşdırılması, mənşəcə, morfoloji və fono-semantik aspektdə təsnifatı” adlı namizədlik dissertasiyası müdafiə etmişdir.

   Etibar İnanc dilinin saflığını qoruyan, onun təəssübünü çəkən alimlərdən biri idi. Dilin qayğısına qalan dilçi ailim dəfələrlə televiziya kanallarında və müsahibələrində də bu missiyanı yerinə yetirirdi. Tanrı onun qəlbində ana dilinə qarşı sanki əlçatmaz bir sevgi yaratmışdır.

   Deyirlər, insan dünyaya gələn andan həm də böyük ölçüdə ölümünə hazırlaşır.
Xoşbəxt o insandır ki, elə yaşayır, elə çalışır, yaddaşlara, ürəklərə elə hopur ki, dünyadan ayrılanda da hansı yaşda olmasına baxmayaraq hər kəs gedişinə təəssüf edir.Və könüllərdən minnətdarlıq duyğusu keçir ki, nə yaxşı vardınız, nə yaxşı ki, məhz belə olmağınızla, belə ömür sürməyinizlə dünyanı bir qədər də gözəl etdiniz.

   Vaqif Səmədoglunun yazırdı: “Mən heç vaxt şeirlərimin sonuna nöqtə qoymuram. Ümumiyyətlə, nöqtəni sevmirəm.

    Qəribə bir sonluq əhval-ruhiyyəsi yaradır. Vergül ona baxanda daha insaflıdır. Ən azı, ardınca davamiyyət tələb edir. Mən hətta Allahdan da arzu edirəm ki, öləndə belə mənə nöqtə qoymasın". Bəli, onsuz da ölüm bütün istedadlı və məgrur insanların ömrünə nöqtə qoya bilmir” . Sizin vaxtsız və qəfil ölmünüz heç bir qəlbə nöqtə qoymayacaq, Etibar müəllim.
Allah rəhmət eləsin!

Mətbuat xidmətinin rəhbəri: dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.