Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
22.1.2016

Cahid Kazımov Gənc Alimvə Mütəxəssislər Şurasının sədri vəzifəsinə seçildi

    22 yanvarda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyində olan məsələ Gənc Alim və Mütəxəssislər Şurasına sədr seçkisi ilə bağlı idi. Qeyd edək ki, Gənc Alim və Mütəxəssislər Şurasına sədr vəzifəsini dosent Aynur Qədimalıyeva icra edirdi. A.Qədimalıyeva institutun yarımştat işçisi olduğu üçün yaxın günlərdə bu vəzifədən öz ərizəsi ilə istefa etmişdir.

    İclası giriş sözü ilə açan institutun direktor əvəzi vəzifəsini icra edən professor M.Nağısoylu öncə GAMŞ-nın tərkibi ilə tanış oldu. M.Nağısoylu gənc alimlərlə tanış olduqdan sonra onlardan daha böyük uğurlar gözlədiyini bildirdi.

   Həmçinin AMEA Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Famin Salmanov, Dilçilik İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının sabiq sədrləri Sevinc Əliyeva və Aynur Qədimalıyeva iclasda çıxış etdilər.

   Sonra Gənc Alim və Mütəxəssislər Şurasına sədr seçilməsi üçün təkliflər dinlənildi. Şuraya sədr vəzifəsinə 2 nəfər namizədin adı səsləndi. Filologiya üzrə fəlsəfə doktoru Cahid Kazımov və dosent Rasim Heydərovun adları qeyd edildi. Öncə şuranın idarə heyəti seçildi. Səsvermə gizli şəkildə həyata keçirildi.

   Səsvermənin nəticələrinə görə Kompüter dilçiliyi şöbəsinin böyük elmi işçisi Cahid Kazımov Nəsimi adına Dilçilik İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasına sədri vəzifəsinə seçildi. C.Kazımov gələcəkdə çıxış edərək ona verilən bu etimadı doğruldacağını bildirdi. Vurğuladı ki, elm fərdiliyi deyil, kütləviliyi sevir. Bu istiqamətdə atdığı addımlarda hər bir gənc alimə diqqətlə yanaşacaq.

   Sonra dosent Təranə Şükürlü və Rasim Heydərov Gənc Alim və Mütəxəssislər Şurasına sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Aytən Allahverdiyeva isə şuranın elmi katibi təyin edildi.

Mətbuat xidmətinin rəhbəri: dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.