Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
18.1.2016

Elmi Şura

    Yanvarın 15-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 2016-cı ilin ilk Elmi Şurası keçirilib. Elmi Şuranın gündəliyində olan məsələ 2015-ci ildə qəbul olunmuş doktorantların elmi rəhbərləri və mövzuların təsdiqi haqqında idi.

    Elmi Şuranı giriş sözü ilə Nəsimi adına Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor Möhsün Nağısoylu açaraq 2016-cı ildə bütün kollektivə yaradıcılıq uğurarı arzu edib.

    Sonra 2015-ci ildə qəbul olunmuş doktorantlar haqqında məlumat vermək üçün söz institutun elmi katibi dosent Aynel Məşədiyevaya verilib. A.Məşədeyeva öncə doktorantların siyahısı, elmi mövzularının adları və rəhbərləri haqqında qısa məlumat verdi.

    Həmçinin elmi rəhbərlər çıxışlarında təqdim olunan mövzuların aktuallığını əsaslandıraraq, mövzu haqqında qısa məlumat verdilər. Elmi şura üzvləri tərəfindən bəzi mövzuların adlarına dəyişikliklər də edildi.

    Həmin doktorantlar və mövzular aşağıdakılardır:
1. Məmmədov Roman Xanlar oğlu “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dilində terminologiyanın inkişaf istiqamətləri” . (Azərbaycan dili) Elmi rəhbər: professor Sayalı Sadıqova
2. Səmədov Elvin Səfər oğlu “Müasir Azərbaycan dili sintaksisinin norma problemləri”. (Azərbaycan dili) Elmi rəhbər: professor İsmayıl Kazımov
3. Cərayılov Qubad Heybət oğlu “Oğuz qrupu türk dillərində əşyavilik kateqoriyası. (Türk dilləri) Elmi rəhbər: filologiya üzrə elmlər doktoru ZemfiraƏliyeva
4. Mehriban Natiq qızı Gövən “Nikola Bozenin “Ümumi qrammatika” əsərində feilin növ və zaman kateqoriyaları” (Azərbaycan dili ilə müqayisədə) (Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik)
Elmi rəhbər: filologiya üzrə elmlər doktoru İdris Abbasov

Mətbuat xidmətinin rəhbəri : dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.