Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
15.1.2016

20 yanvar faciəsinin 26-cı ildönümünə aid anım tədbiri

    AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar şəhidlərinin 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib. Yanvarın 15-də - bu gün keçirilən tədbiri giriş sözü ilə açan Nəsimi adına Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu bildirib ki, "20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

     Yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi birləşmələrini Bakıya yeridərək Azərbaycan xalqına qarşı misli görünməmiş qırğın törətməklə beynəlxalq hüquq normalarını kobudcasına pozub. Kommunist rejiminin Azərbaycan xalqının milli azadlıq hərəkatını qan içində boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz etdiyi, günahsız insanları qətlə yetirdiyi həmin gecədə 140-dan çox dinc sakin öldürülüb, yüzlərlə insan yaralanıb. Dövlət əmlakına və özəl mülkiyyətə külli miqdarda ziyan dəyib. Ümummilli lider H.Əliyev 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də bir sıra mühüm tədbirlər həyata keçirmişdi.

     Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər Xiyabanını ziyarət etdi. Tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və bu iş qısa zamanda başa çatdırıldı. Məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olundu”...

    Sonra çıxış edən professorlar İsmayıl Məmmədli, Qara Məşədiyev, İdris Abbasov, dosentlər Elçin İsmayılov, Təranə Şükürlü qeyd etdilər ki, bu gün xalqımız 20 Yanvar hadisələrinin 26-cı ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. 20 Yanvar hadisəsi xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb. Qanlı yanvar gecəsində dinc əhalinin Sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqın mübarizə əzmini qıra bilməyib. Çüni bizim yaddaşımız unutmaq tərbiyəsi almayıb.

    Professor Sayalı Sadqıova qardaşı- 20 Yanvar faciəsinin şəhidi Yusif Sadıqovun həyat yolundan bəhs etdi. Qeyd edək ki, Y.Sadıqov AMEA-nın Riyaziyyat İnstitutunun doktorantı olub. Həmin gecədə qəhrəmancasına həlak olub.

Mətbuat xidmətinin rəhbəri dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.